Nyu Yorkda Zəfər Günü münasibəti ilə məlumatlandırma aksiyası keçirilib
Icma.az, Missiya.az saytına istinadən bildirir.
ABŞ-nin Nyu York şəhərində 8 Noyabr - Azərbaycanın Zəfər Gününə və 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş məlumatlandırma aksiyası keçirilib.
Missiya.Az “Report”-a istinadən xəbər verir ki, layihə Azərbaycan-Amerika Gənclər Federasiyasının təşkilatçılığı və Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin dəstəyi ilə baş tutub.
“8 Noyabr Azərbaycanın Zəfər Günüdür!” şüarı və Azərbaycanın Zəfər rəmzi hesab olunan Xarıbülbül əks olunduğu led ekranlı avtomobil Nyu-Yorkun mərkəzi küçələrində hərəkət edib, BMT-nin Nyu Yorkdakı qərargah binasının önündə dayanıb.
Məlumatlandırma aksiyası gün ərzində davam edəcək. Avtomobil Nyu Yorkun Manhettan adasının mərkəzi küçə və meydanlarını dolaşacaq, məşhur “Times Square” meydanında dayanacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 08 Noyabr 2024 20:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















