“Nyukasl” “Atletiko”nun hücumçusunu hədəfə aldı
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
"Atletiko”nun hücumçusu Aleksandr Serlot İngiltərə Premyer Liqası klublarının müşahidəsindədir.
"Ölkə.az" xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Bildirilir ki, qış transfer pəncərəsində bəzi komandalar heyətini gücləndirmək istəsə də, artıq xərclənən vəsaitlər yeni transferləri satışsız reallaşdırmağı çətinləşdirir. “Atletiko”nun heyətindən gedə biləcək futbolçulardan biri də norveçli Serlotdur.
O, “Real”la 5:2 hesablı qələbədə bir qol vursa da, hələ əsas heyətdə möhkəmlənə bilməyib. Məhz həmin görüş zamanı “Nyukasl” skautlarının hücumçunu canlı izlədiyi bildirilib.
Yayda ingilis klubu Serlotu transfer etmək variantını nəzərdən keçirsə də, o zaman seçim Nik Völtemade və Yoan Vissa üzərində dayanmışdı. Lakin sonuncunun zədəsi səbəbindən “Nyukasl”ın Serlota marağı qalmaqdadır.
Norveçli futbolçunun cari mövsümdə 8 oyunda 2 qolu var.(publika.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 10 Oktyabr 2025 04:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















