Nyukasl ın baş məşqçisi Arsenal ı yenib finala çıxmağın sirrini açdı
Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Nyukasl"ın baş məşqçisi Eddi Hau İngiltərə Liqa Kubokunun yarımfinalında "Arsenal"la cavab oyununu (2:0) şərh edib.
Fanat.Az xəbər verir ki, "Sky Sports" onun dediklərini belə çatdırıb:
"Çətin oyun oldu, amma taktiki cəhətdən yaxşı idik. Həmişə istədiyimiz qədər aqressiv davrana bilmirik, amma bu dəfə nəticə verdi. Futbolçular təlimatları dəqiq yerinə yetirdilər. Buna görə də tərifə layiqdirlər. Yenidən “Uembli”də oynamaq əladır. Finala ötən dəfəki çıxmağımız bir az sürpriz olmuşdu. Amma indi təəccüblü deyil. Biz finallarda müntəzəm olmaq istəyirik".
Qeyd edək ki, "Arsenal"ı yarımfinalın hər iki görüşündə eyni hesabla üstələyən "Nyukasl"ın finaldakı rəqibi "Liverpul" olacaq. Həlledici görüş martın 16-da baş tutacaq.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 07 Fevral 2025 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















