“Nyukasl” Sven Botmanın üz sümüyünün sınması ilə bağlı açıqlama yayıb
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Nyukasl Yunayted” İngiltərə Premyer Liqasının 31-ci turunda “Sanderlend”lə oyunda üz sümüyü sınmış mərkəz müdafiəçisi Sven Botmanın zədəsi ilə bağlı rəsmi açıqlama yayımlayıb.
İdman.Biz bildirir ki, oyun 2:1 hesabı ilə “Sanderlend”in xeyrinə qurtarıb.
“Nyukasl Yunayted"in müdafiəçisi Sven Botmanın üz sümüyünün sınığı səbəbindən əməliyyatı uğurla başa çatıb. Beyin silkələnməsi protokolunu tamamladıqdan sonra hollandiyalı oyunçu bazar günü “Sent Ceyms Park”da “Sanderlend”ə qarşı matçın ikinci hissəsində zədə aldıqdan sonra əvəzlənib.
Svenin uzun müddət oynamayacağı gözlənilmir və mövsümün son həftələrində meydana qayıtmağa ümid edir. Klubdakı hər kəs Svenə tezliklə sağalmağı arzulayır!” - deyə klubun bəyanatında bildirilir.
Baxış sayı:192
Bu xəbər 24 Mart 2026 07:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















