“Nyukasl”dan azarkeşlərinə MÜRACİƏT
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
İngiltərənin “Nyukasl” klubu Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la oyun üçün Bakıya səfər edəcək azarkeşlərinə müraciət edib.
KONKRET.az xəbər verir ki, müraciətdə paytaxtımız barədə məlumat verilib.
Həmçinin azarkeşlərin diqqət etməli olduğu həssas məqamlar qeyd edilib. Xüsusən Ramazan ayı ilə əlaqədar mərasimlərə və Şəhidlər xiyabanına hörmətlə yanaşmağın vacib olduğu bildirilib:
“Azərbaycanda Ramazan ayı 17 fevral axşamı başlayacaq və oruc 18 fevral sübh vaxtından etibarən tutulacaq. Yerli əhali və mədəniyyətə hörmətlə yanaşmağınız vacibdir. Tarixi və memorial yerlərdə davranışınıza diqqət edin. Şəhidlər xiyabanı xüsusilə həssas məkandır və hörmətsiz davranış polis müdaxiləsinə səbəb ola bilər”.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Nyukasl” matçı fevralın 18-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Cavab oyunu isə fevralın 24-ü Nyukasl şəhərində baş tutacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 11 Fevral 2026 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















