Icma.az
close
up
RU
“Nyukasl”la oyuna hazırlaşırıq, nə normal meydan var, nə də...

“Nyukasl”la oyuna hazırlaşırıq, nə normal meydan var, nə də...

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının XX turunda "İmişli" ilə matçdan (1:0) sonra Quba Olimpiya İdman Kompleksinin stadionundan narazılığını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, mütəxəssis bu matçdan sonra UEFA Çempionlar Liqasının pley-off mərhələsində, fevralın 18-də Bakıda keçirəcəkləri "Nyukasl"la görüşə hazırlaşmaqla bağlı çətinliklər yaşayacağını bildirib.

"Meydan yox kimi idi. Anlamıram, belə meydanda futbol oynamağa necə icazə verilə bilər? Belə meydanda neçə oyun keçiriblər. Çox danışanda, irad bildirəndə bunu yaxşı qarşılamırlar. Amma bu meydançanın durumundan xəbərdar olmaq üçün nə Qurban Qurbanovun, nə də başqa məşqçinin açıqlamasına ehtiyac var. Belə olmaz, futbolçular zədələnə bilər. Dərindən düşünsək hər şey üçün çıxış yolu tapmaq olar. "Nyukasl"la oyuna hazırlaşırıq. Amma nə temp, nə də normal meydan var. Futbolçuların zədə alacağından qorxursan. Belə vəziyyətdən sonra "Nyukasl"la oyuna necə hazırlaşmaq olar? 3-4 gün futbolçuları bərpa etmək lazımdır. Müzakirə olunmalı mövzudur. Düşünürəm ki, təkcə biz yox, burada oynayan bütün komandalar, futbolçular, məşqçilər də şikayət edir. Futboldan başqa hər şey vardı", - baş məşqçi əlavə edib.

Qurban Qurbanov qapıçı Mateuş Koxalskinin meydana çıxmamasının səbəbini də deyib:

"Koxalski dünən məşqdə zədələndi. Zədəsinin vəziyyəti barədə Bakıya qayıdandan sonra sabah biləcəyik. Həmçinin Leandro Andradenin də zədəsi var idi. Meydan elə vəziyyətdədir ki, futbolçunun hansı şəkildə zədələndiyini bilmək olmur. Sanki hokkey meydanında oynayırıq. Futbolçular sürüşürdü, topu itirirdilər. Hakimlər də AFFA-ya bildirməlidirlər ki, belə meydanda oyun keçirmək olmaz. Görək sabah nələr olacaq".

"Futbolçularıma təşəkkür edirəm. Çox vacib qələbə əldə etdilər. Azarkeşlərimizə də təşəkkür edirəm ki, əziyyət çəkib stadiona gəlmişdilər. Qubalılara da təşəkkür edirəm ki, komandanı çox gözəl qarşıladılar, bizə azarkeşlik edirdilər. "İmişli" komandasına uğurlar arzulayıram" - deyə o bildirib./report

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 14 Fevral 2026 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri