Icma.az
close
up
RU
NyuOrleanda terrorçu tərəfindən qoyulmuş daha iki bomba tapıldı

NyuOrleanda terrorçu tərəfindən qoyulmuş daha iki bomba tapıldı

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

ABŞ-nin Federal Təhqiqat Bürosunun (FTB) agentləri Yeni Orleanda terror aktı törədən Şəmsuddin Cabbarın şəhər küçələrində yerləşdirdiyi iki əldəqayırma partlayıcı qurğunu taparaq zərərsizləşdiriblər.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "The New York Times" xəbər verib.

Bildirilir ki, FTB-nin xüsusi bölməsinin mütəxəssisləri soyuducu konteynerlərdə iki əldəqayırma bomba aşkar ediblər. Partlayıcılar şəhərin məşhur bar və əyləncə küçəsi olan Burbon Stritdə aşkarlanıb.

"Hər iki qurğu zərərsizləşdirilib. Bizə müşahidə kameralarının görüntüləri daxil olub və orada Cabbarın hər iki qurğunu tapıldığı yerlərdə yerləşdirdiyi görünür. O, partlayıcı qurğuları aktivləşdirmək üçün ötürücüdən istifadə etməyi planlaşdırıb", - deyə FTB-nin nümayəndəsi bildirib.

Bombaların hansı səbəbdən - Cabbarın ötürücünü aktivləşdirmədiyi üçün, yoxsa qurğunun işləmədiyi üçün partlamadığı hələ məlum deyil.

Hazırda qurğu FTB ekspertləri tərəfindən araşdırılır. Xüsusi xidmət orqanı, həmçinin, bombaların yerləşdirildiyi yerlərdən keçən insanları axtarır, çünki şahidlərdən hər hansı təfərrüatı öyrənməyə ümid edir.

Xatırladaq ki, yanvarın 1-də Cabbarın "Ford" avtomobili Nyu-Orleanın Fransız məhəlləsində küçədə izdihama çırpılıb. Sürücü dayandıqdan sonra maşından düşüb və insanlara atəş açıb. 15 nəfər həlak olub və təxminən 30 nəfər xəsarət alıb. Cinayətkar polis ilə atışma zamanı öldürülüb. Baş verənlər terror aktı kimi qiymətləndirilib. FTB nəqliyyat vasitəsinə baxış keçirib və əldəqayırma partlayıcı qurğu aşkar edib. Maşında, həmçinin, İŞİD terror təşkilatının bayrağı tapılıb.

FTB bildirib ki, Cabbar İŞİD üzvü olub, lakin tək fəaliyyət göstərib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://oxu.az
archiveBu xəbər 04 Yanvar 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see230

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see216

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see205

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see198

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see187

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see185

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see175

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see169

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see159

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see155

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see153

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see150

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see150

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see150

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see149

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see148

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see145

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see141

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see140

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri