Icma.az
close
up
RU
O anları xatırlayanda, yaxşı mənada kövrəlməmək mümkün deyil Jalə Əliyeva

O anları xatırlayanda, yaxşı mənada kövrəlməmək mümkün deyil Jalə Əliyeva

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Beş il əvvəl, 27 sentyabrda, Ali Baş Komandan, Prezident İlham Əliyevin çağırışı ilə bütün Azərbaycan xalqı ayağa qalxdı. 30 illik həsrətə, ədalətsizliyə və haqsızlığa son vermək üçün hər kəs ön cəbhəyə getməyə hazır idi. Yaşından, kimliyindən asılı olmayaraq, bütün xalqımız döyüşə getmək üçün çağırış məntəqələrinin qarşısına toplanmışdı".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva Şuşanın azad olunduğu gün keçirdiyi hisslərdən danışarkən bildirdi.

"O gündən etibarən 44 gün boyunca demək olar ki, hər gün Ali Baş Komandanın, Prezident İlham Əliyevin azad olunmuş torpaqlar haqqında verdiyi qələbə xəbərlərini eşidirdik. Hər axşam gözlərimiz televiziya ekranına dikilmişdi, hər birimizin ürəyində böyük bir sevinc vardı. Prezidentin "Sən artıq azadsan!" sözləri ilə başlayan xəbərlər bizə inanılmaz xoşbəxtlik bəxş edirdi. Hər birimiz o günlərin şahidi olmuşuq. O xəbərləri tez-tez canlı yayımlarda alırdıq və xalqımızla birlikdə hər bir qələbəni coşqu ilə qeyd edirdik. Bəzən gecədən səhərə qədər döyüşlər haqqında müzakirələr aparır, televiziya kanallarında iştirak edirdik", - deyə millət vəkili qeyd etdi.

Jalə Əliyeva Şuşanın azad olunma xəbərini necə aldığını danışarkən bildirdi ki, o günü dünən kimi xatırlayır:

"Şəxsən mənim üçün çox qəribə bir təsadüf olmuşdu. Həmin gün İctimai Televiziyada mənim iştirakımla bir veriliş yayımlanırdı, ailəmizə həsr olunmuş bir proqram idi. Verilişin sonlarına yaxın, birdən-birə ekranlarda titrlər göründü: "Bir azdan Prezident İlham Əliyevin müraciəti yayımlanacaq". Artıq hamımız hazırlıqlı idik, çünki bu müraciətin Zəfər müraciəti olması gözlənilirdi. Lakin yenə də, müharibə davam edirdi və hər birimiz həyəcanla gözləyirdik. Verilişin bitməsinə təxminən 7-8 dəqiqə qalmış, gözlənilmədən veriliş kəsildi və Prezident İlham Əliyev birinci vitse-prezident Mehriban Əliyeva ilə Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərkən görüntüləri yayımlandı. Prezidentin tarixi çıxışı, Qarabağın azad olması xəbərini verən həmin an, bizlər üçün tarixin ən əlamətdar anlarından biri oldu. O anları xatırlayanda, yaxşı mənada kövrəlməmək mümkün deyil. O gün hər bir azərbaycanlının həyatında ən əhəmiyyətli günlərdən biri oldu. Kiməsə sual versələr ki, həyatında ən əhəmiyyətli gün nədir, düşünürəm ki, hər bir insanın şəxsi əhəmiyyətli anları olsa da, bütün xalqımızın yaddaşına həkk olunmuş və taleyində qırmızı xətlə yazılmış gün, 8 noyabr 2020-ci il tarixidir. Bu gün bizim tariximizdir və hər zaman qəlbimizdə yer alacaq.

Millət vəkili əlavə etdi ki, Azərbaycanımız var olduqca, müstəqilliyimiz və suverenliyimiz əbədi olacaq və biz bu tarixi hər zaman qürurla və fəxarətlə qeyd edəcəyik.

"Bu gün, torpaqlarımızı işğaldan azad etmək uğrunda şəhid olmuş müqəddəs ruhlar qarşısında baş əyirik. Onların qanı sayəsində bu zəfəri yaşadıq. Eyni zamanda, qazilərimizə və müharibə veteranlarımıza cansağlığı arzulayırıq. Biz, xilaskar prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə birlikdə, ordumuza, xalqımıza və bütövlükdə ölkəmizə yeni uğurlar, yeni zəfərlər arzulayırıq. Bayramımız, bayramlarımız mübarək olsun!", - deyə Jalə Əliyeva xalqı təbrik etdi.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 Noyabr 2025 18:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see166

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see152

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see148

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see147

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see146

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see146

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see144

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see139

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see139

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see137

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see137

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see134

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see134

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see133

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri