“O, bizim ilk şəhidimiz idi” Albert tankçı dostunun xatirələrində
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 8 may, AZƏRTAC
Albert seçilən tankçılardan idi. Onunla 1991-ci ildə ordu yaranan ilk günlərdə tanış olmuşdum. Hərbi texnikanı yaxşı bilirdi. Hər zaman irəli atılırdı. Döyüşdə öndə gedərdi. Əlindən gələn yaxşılığı heç kimdən əsirgəməzdi. Hansısa bir köməyə ehtiyacın olanda həmin an yanında olardı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Qəhrəman Albert Aqarunovun anım günündə ehtiyatda olan zabit, tankçı İsmayıl İsmayılov səsləndirib.
Aqarunovun təbiətcə sakit, şən olduğunu qeyd edən döyüş yoldaşının sözlərinə görə, çox ağır dövrdə Şuşanı qoruyan üç tankdan birində məhz Albert döyüşürdü: “Mayın 6-sı bizə radiostansiyadan xəbər gəldi ki, Anakir deyilən mövqeyə yollanmalıyıq. Biz ora getdik, Albert Şuşada qaldı. Ermənilər dəqiqliklə mövqeləri vurmağa başlamışdılar. Bir də radiostansiyada eşitdik ki, atışma olub. Albertin tank komandiri məlumat verdi ki, onu vurublar. O, bizim ilk şəhidimiz idi. Böyük sarsıntı keçirdik. Belə bir insanın şəhid olmasını qəbul edə bilmirdik”.
İ.İsmayılov Milli Qəhrəmanın anım günlərinin hər zaman qeyd olunmasını, məzarını ziyarət etdiyini bildirib. Qeyd edib ki, onun kimi qəhrəmanlar daim anılmalı, gənc nəsilə nümunə göstərilməlidir.
Müxbir - Nailə Həsənova
Baxış sayı:109
Bu xəbər 08 May 2026 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















