Icma.az
close
up
RU
“O boyda Rusiya agenturası bir evə necə sığışdı, görəsən?..”

“O boyda Rusiya agenturası bir evə necə sığışdı, görəsən?..”

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“30 ildən çoxdur ki, car çəkirik ki,  müstəqil(!) Azərbaycan Respublikasında ən geniş, çoxsaylı və güclü  casus, agentura, kəşfiyyat şəbəkəsinə malik dövlət Rusiyadır...”

“Rusiyanın işğalçı diktatoru Putin sonuncu dəfə Bakıya gələndə boş yerə demirdi ki, özümü öz evimdəki kimi hiss edirəm... Bu səbəblərdən də düşmənin gücünü qətiyyən, anadolulu qardaşlarımız demiş, küçümsəmək olmaz...”

“Rusiya imperiyasının caynağından qurtulmaq üçün onun agentura şəbəkəsini məhv etmək istəyiriksə, öncə belə şantaj-komromat təzyiqi altında, “KQB”-“FSB” qarmağında qalan yerli, “milli” agentlərdən qurtulmaq gərəkdir...” 

"...Tezliklə “Rus evi”ndəki agentlər rəsmən ifşa edilməli, onların adları səsləndirilməli, onlar həbs edilməli və barələrində müvafiq cinayət maddəsi ilə iş qaldırılmalıdır..."

-FİKİR SAVAŞI...-

*** **** ***

Bu günlərdə bir sıra media qurumlarında çox əndrəbadi bir xəbər yayıldı: Sən demə, 30 ilə yaxındır, Bakının “orta göbəyində” – düz Hökumət Evinin yanında yerləşən “Rus evi”-“Russkiy dom” adlanan bina Rusiyanın casus şəbəkəsi imiş. Əlbəttə, 30 ildən çoxdur dünyadan xəbəri olmayanlar üçün maraqlı xəbərdir: “Ayə, fikir ver, e, indiyədək xəbərimiz olmayıb, o boyda “domsovet”in yanında rus agentləri işləyirmiş...”...

Fəqət, əvvəla, agent axtarmaq telekanalların, saytların işi deyil, dövlətin kəşfiyyat, xüsusi xidmət orqanlarının işidir. Onlar da, maşallah, bu günədək ölkədəki İran casus şəbəkəsini, demək olar ki, dağıdıblar, neçə Fransanın, səhv etmirəmsə, ABŞ-nin də bir neçə agentini də ifşa ediblər... İndi növbə çatıb Rusiya kəşfiyyat və agentura şəbəkəsinə...

İkincisi, adamdan soruşarlar ki, keçmiş SSRİ miqyaslı, yerin altını da, üstünü də bilən o boyda təhlükəsizlik generalı Heydər Əliyevin ölkə prezidenti olduğu dövrdə - 1997-ci ildə yaradılmış və 2003-cü ilədək, yəni 6 il ərzində ardıcıl fəlaiyyət göstərmiş “Rus evi”, özü də hökumət evinin düz yanında hansı cəsarətlə casusluqla məşğul ola bilərdi...   

Üçüncüsü, “Rus evi”nin “Feysbuk” səhifəsinə də baxdım, bu “yazıqlar” neçə illərdir ki, rəsmən rus mədəniyyətinin, ədəbiyyatının, eyni zamanda Rusiya-Azərbaycan mədəni, ədəbi əlaqələrinin  və s. təbliği ilə məşğuldurlar... Və orta məktəbi babat qiymətlərlə bitirmiş hər kəsin də ağlına gələ bilər ki, əgər “Rus evi” Azərbaycana qarşı casusluqla məşğuldursa, onda məntiqlə Bakı Slavyan Universiteti başda olmaqla ölkədəki bütün rusdilli və ya rus bölmələrinə malik orta məktəblər də agentura işi ilə, eyni zamanda agentura şəbəkəsi yaratmaqla məşğuldur. Və bu minvalla 132 minə yaxın şagird, minlərlə tələbə və həmçinin onların müəllimləri, eləcə də ailə üzvləri və nəticədə orta hesabla təxminən yarım milyonluq Azərbaycan əhalisi Rusiya kəşfiyyatının təsiri altına düşmək təhlükəsi ilə üz-üzədir...

Dördüncüsü və ən əsası, 30 ildən çoxdur ki, car çəkirik ki,  müstəqil(!) Azərbaycan Respublikasında ən geniş, çoxsaylı və güclü  casus, agentura, kəşfiyyat şəbəkəsinə malik dövlət Rusiyadır. Düzdü, dini, mədəni və milli tərkib baxımından böyük yaxınlıqlarımız olan İranın da kəşfiyyatı güclü olub və hələ də gücünü tam itirməyib...  Lakin iki əsas səbəbdən Rusiya imperiyasının şəbəkələri daha güclü olub və belə də qalmaqdadır... Əvvəla, ona görə ki, XVIII əsrin sonu XIX əsrin əvvəllərindən bəri Azərbaycanın indiki və tarixi ərazilərinin məhz Rusiya tərəfindən işğalı prosesi başlayıb. Hərbi işğaldan öncə də bilirik ki, əraziyə kəşfiyyat yeridilir... Hələ Stepan Razindən, I Pyotrun dövründən danışmırıq. Və 1918-1920-ci illərdəki müstəqil Xalq Cümhuriyyəti dövründə qismən sıxışdırılmalar istisna olmaqla 1991-ci ilədək, yəni iki əsrə yaxın bir dönəmdə  ölkəmizdə Rusiyanın kəşfiyyat və agentura şəbəkələri yerli qurumların rəsmi dəstəyi ilə və ictimai-siyasi həyatın bütün sahələrində, o cümlədən hökumətin bütün əsas qurumlarında qurulub və formalaşdırılıb... 

Digər tərəfdən isə, müstəqillik dövrlərində SSRİ “KQB”-nin heç olmasa, Bakıdakı olan-qalan arxivləri açılmadığından həmin şəbəkələr nisbətən zəif olsa da, fəaliyyətini davam etdirib və üstəlik, bu dövrdə gənc dövlətin yenicə yaranmış əsas qurumlarına da sıza bilib... Məhz Rusiya şəbəkələrinin güclü olması səbəbindən Qərb ölkələrinin, eləcə də ABŞ, Fransa, Almaniya Və Böyük Britaniya kəşfiyyatları Azərbaycanda meydan sulaya bilməyib... Bunları nəzərə alaraq adamda sual yaranır ki, Rusiyanın o boyda agentura şəbəkəsi bircə evə, “Rus evi”nə necə yerləşib?.. Axı Rusiyanın işğalçı diktatoru Putin sonuncu dəfə Bakıya gələndə boş yerə demirdi ki, özümü öz evimdəki kimi hiss edirəm...  

Bu səbəblərdən də düşmənin gücünü qətiyyən, anadolulu qardaşlarımız demiş, küçümsəmək olmaz. Yəni əgər deyilsəydi ki, hansısa rəsmi qurumda Rusiyanın agentura şəbəkəsi ifşa edilib, bu olardı əsil sensasyon xəbər... 

Beşincisi, onu da bilməliyik ki, Rusiya imperiyasının casus, xəfiyyə, çuğul və etibarlı xəbərçiləri yalnız sırf rus və ya slavyan milliyyətinə malik şəxslər, yaxud rus bölmələrini bitirmiş azərbaycanlılar vasitəsilə qurulmayıb. Əksinə, daha çox diqqət cəlb etməmək üçün bu şəbəkəyə türk mənşəli, eləcə də Azərbaycandakı digər xalqların nümayəndələri cəlb edilib. Və belə xəyanətkar Azərbaycan vətəndaşları əsasən öz xalqları, dövlətləri əleyhinə göstərdikləri cinayətkar fəaliyyətlərinə(rüşvət, korrupsiya, saxtakarlıq, dələduzluq, külli miqyasda oğurluq  və s.) eləcə də bu xalqın mentalitetinə yad olan əxlaqsız davranışlarına görə çoxsaylı komromat materiallarıyla şantaj olunaraq Kremlin kəşfiyyat və təhlükəsizlik qurumlarına canla-başla xidmət etməyə məcbur qalıblar... Elə əvvəlki yazılarımızda da dediyimiz kimi, ölkəmiz, dövlətçiliyimiz üçün ən təhlükəli, qorxulu agentlər də bilavasitə rus mənşəli və rusdillilər yox, məhz şantaj altında olan orta və yüksək vəzifəli, yaxud biznes sahələrinə malik azərbaycanlılardır... Və ölkədə neçə illərdir barəsində yazdığımız və “KQB”-“FSB”-korrupsiya şəbəkəsi adlandırdığımız cinayətkar şəbəkədə məhz onlar tərəfindən formalaşıb... Odur ki, Rusiya imperiyasının caynağından qurtulmaq üçün onun agentura şəbəkəsini məhv etmək istəyiriksə, öncə belə şantaj-komromat təzyiqi altında, “KQB”-“FSB” qarmağında qalan yerli, “milli” agentlərdən qurtulmaq gərəkdir... 

Bu sətirlərin müəllifi heç də həmkarlarının “Rus evi” barədə araşdırmasına kölgə salmaq istəmir, sadəcə öz fikirlərini söyləyir. Əlbəttə, artıq bir çox Şərqi Avropa ölkələrində bağlanmış və  Azərbaycan üçün də bu lazımsız evdə Rusiya agentlərinin olması istisna deyil. Hətta o evin əməkdaşları arasında Amerikanın, Fransanın, yaxud Almaniyanın da birtərəfli və ya ikili agentləri də ola bilər. Amma məsləhətdir ki, əgər belə bir ciddi informasiya buraxılıbsa, mütləq mediamız da, dövlətimiz də sonadək onun arxasında dayansın. Həm də ona görə ki, bu günlərdə  Moskvada Rusiya Lavrovun yanına dəvət edilən səfirimizə  “Azərbaycan mətbuatında son vaxtlar Rusiya əleyhinə tirajlanan bir sıra yazılar, eləcə də Bakıda “Rus Evi”nə qarşı aparılan dezinformasiya kampaniyası ilə bağlı çaşqınlıq ifadə olunub. Səslənən ittihamların tamamilə əsassız olduğu bildirilib”...

Deməli, tezliklə “Rus evi”ndəki agentlər rəsmən ifşa edilməli, onların adları səsləndirilməli, onlar həbs edilməli və barələrində müvafiq cinayət maddəsi ilə iş qaldırılmalıdır...

Sultan Laçın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://moderator.az
archiveBu xəbər 28 Yanvar 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see198

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see191

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see151

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see150

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see143

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see137

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see133

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see132

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see131

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see131

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see131

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see130

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see127

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see124

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see124

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see123

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see123

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see122

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri