O, bu qolu vursaydı, Zidanla eyni səviyyədə tutulardı
Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Seneqal millisinin yarımmüdafiəçisi Pap Qeye 2026-cı il yanvarın 18-də baş tutan Afrika Millətlər Kubokunun finalındakı qalmaqallı hadisələri şərh edib.
QOL.az xəbər verir ki, "Seneqal" millisinin üzvü komandasının qolu ləğv edildikdən bir neçə dəqiqə sonra Mərakeşin lehinə təyin olunan mübahisəli penaltiyə etiraz əlaməti olaraq meydanı tərk etmələrinə aydınlıq gətirib.
Fransanın "TF1" kanalına müsahibə verən Qeye bu qərarı insani reaksiya adlandırıb:
"Meydanı tərk etdiyimizə görə peşmanıqmı? Biz insanıq, səhv edə bilərik. Biz bunu qəbul etdik və meydana geri qayıtdıq. İndi müsbət məqamlara köklənməliyik: Mərakeş tərəfindən çox yaxşı təşkil olunmuş bir turnir idi".
27 yaşlı futbolçu finalda Brahim Diazın yerinə yetirə bilmədiyi "Panenka" zərbəsinə də toxunub. O, rəqib oyunçunun yerində olacağı təqdirdə bu riski etməyəcəyini bildirib:
"Mən bunu etməzdim, bu, mənim risk almayacağım vəziyyətlərdən biridir. Amma əgər o, həmin qolu vursaydı, düşünürəm ki, Zidanla eyni səviyyədə tutulardı".
Xatırladaq ki, Afrika Millətlər Kubokunun final matçında Seneqal və Mərakeş milliləri üz-üzə gəlib. Oyunun əsas vaxtında qol vurulmayıb. Buna görə də qalib əlavə vaxtda müəyyənləşib. 94-cü dəqiqədə Pap Qeye Seneqal millisinə qələbə gətirən qolu vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 25 Yanvar 2026 23:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















