Icma.az
close
up
RU
O cür sənətkarın qızı küçələrdə qala bilməz, bu qaranlıq iş dərhal araşdırılmalıdır Rasim Balayev

O cür sənətkarın qızı küçələrdə qala bilməz, bu qaranlıq iş dərhal araşdırılmalıdır Rasim Balayev

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Ceyhun Mirzəyevin qızı şair olub, gözəl şeirləri vardı. Ceyhun həmişə onun şeirlərindən danışardı. Belə istedadlı və eyni zamanda imkanlı bir gənc küçələrdə qala bilməzdi. Onun qaranlıq taleyi dərhal araşdırılmalıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Rasim Balayev deyib. Aktyor bildirib ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı bu məsələ ilə bağlı bəzi qurumlara müraciət edəcək:
"Onu belə qoya bilmərik, mütləq bir tədbir görülməlidir. Azərbaycanın Rusiyadakı səfirliyinə müraciət etmək lazımdır. Onlar qızı daha tez tapacaq. Biz ayrı-ayrı təşkilatlara müraciətlər hazırlayırıq və edəcəyik də. Amma nəticəsi necə olacaq, bilmirəm”.
Rasim Balayev bu prosesdə qaranlıq məqamların olduğunu xatırladıb:
"O cür sənətkarın qızı küçələrdə qala bilməz. Anası prokuror olub, yaxşı yaşayıblar, imkanları geniş olub. Orada nə baş verib, qızın evini kim əlindən alıb və s. suallar cavabsızdır. Araşdırılmalıdır. Onlar Bakıda evlərini satıb həmin pula Rusiyada ev alıblar. Anası rəhmətə gedəndən sonra qız necə olub küçələrə düşüb? Bunun cavabı tapılmalıdır”. 
Qeyd edək ki, "Ögey ana” və "Fəryad” filmlərinin baş qəhrəmanına həyat verən mərhum aktyor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyevanın Rusiyanın paytaxtında küçədə yaşamasına dair faktlar yayımlanıb. Bu barədə "Bizimləsən” verilişində aparıcı Zaur Baxşəliyev bildirib. 
Xatırladaq ki, Ceyhun Mirzəyevin çəkdiyi və aktyor kimi çəkildiyi son film "Fəryad” olub. O, 47 yaşının tamamına az qalmış - 1993-cü il martın 5-də vəfat edib. Aktyorun həyat yoldaşı Lidiya Mirzəyeva isə 2015-ci ildə dünyasını dəyişib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 May 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see191

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see170

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see156

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see147

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see140

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri