O da DÇ 2026 nı buraxacaq
Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Tottenhem"in və Niderland millisinin yarımmüdafiəçisi Xavi Simons zədə səbəbindən DÇ-2026-nı buraxacaq.
QOL.az xəbər verir ki, 23 yaşlı futbolçu İngiltərə Premyer Liqasının 34-cü turunda "Vulverhempton"la keçirilən oyunda zədələnib. Ön çarpaz bağlar qopan futbolçu ən azı bu ilin sonuna qədər meydama çıxa bilməcək.
Futbolçu bu barədə sosial şəbəkə hesabındakı paylaşımında yazıb: “Deyirlər ki, həyat bəzən qəddar olur və bu gün bunu xüsusilə dərindən hiss edirəm. Mövsüm mənim üçün qəfil başa çatdı və mən hələ də bunu anlamağa çalışıram. Açığını desəm, ürəyim qırılıb. Bütün bunların heç bir məntiqi yoxdur".
Qeyd edək ki, Niderland millisi bu yay ABŞ, Kanada və Meksikada keçiriləcək mundialda Yaponiya, İsveç və Tunis ilə F qrupunda mübarizə aparacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 27 Aprel 2026 15:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















