Icma.az
close
up
RU
O da həmin gəmidə imiş: Hantavirus onları okeanda yaxaladı

O da həmin gəmidə imiş: Hantavirus onları okeanda yaxaladı

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Məşhur türk yutuber Ruhi Çenet hantavirus aşkarlanan və Yaşıl Burun Adaları yaxınlığında lövbər salan kruiz gəmisində olduğunu bildirib.

“Yeni Sabah” xəbər verir ki, bu haqda Ruhi Çenet özü açıqlama yayıb:

“Təxminən 1 ay davam edən tədqiqat gəmi səfərimiz zamanı aramızdan 1 nəfər həyatını itirəndə bunun okean şəraiti ilə bağlı olduğunu düşünmüşdüm. Amma vəziyyət düşündüyümüzdən qat-qat pis imiş. Mən səfərin 24-cü günü gəmidən düşdüm, amma gəmi son dayanacağa qədər daha 11 gün yoluna davam etdi. Mən düşəndən cəmi 1 gün sonra ölən şəxsin həyat yoldaşı da vəfat etdi. Daha sonra üçüncü ölüm baş verdi və məlum oldu ki, gəmidə müalicəsi olmayan və gəmiricilərdən keçən hantavirus yayılıb”. pizza mizza

Çenet ilk ölən sərnişinin hantavirus səbəbindən həyatını itirdiyinin müəyyənləşdiyini bildirib:

“Hazırda gəminin yeganə həkimi həyat uğrunda mübarizə aparır”.

O qeyd edib ki, gəminin son dayanacağı olan Yaşıl Burun Adaları ada dövləti virus səbəbindən gəmini qəbul etməyib. Çenet səhhətinin yaxşı olduğunu və lazımi testlərdən keçdiyini də açıqlayıb.

Yutuber həmçinin vurğulayıb ki, gəmi rəhbərliyi ilk ölüm hadisəsi zamanı bunun yoluxucu xəstəlik ola biləcəyini ciddi qəbul etməyib.

Bu arada, Kanar Adaları hökuməti İspaniya mərkəzi hakimiyyətinin hantavirus aşkarlanan Hollandiya bayraqlı “MV Hondius” gəmisinin adaya yanaşmasına icazə verməsinə etiraz edib.

Kanar Adalarının hökumət başçısı Fernando Clavijo bildirib: “Bu qərar heç bir texniki meyara əsaslanmır və ictimaiyyəti sakitləşdirəcək, təhlükəsizliyi təmin edəcək kifayət qədər məlumat yoxdur”.

Müxalifətdə olan Xalq Partiyasının üzvü olan Klavixo İspaniyanın Baş naziri Pedro Sançez ilə təcili görüş tələb etdiyini bildirib.

Mayın 3-dən etibarən Yaşıl Burun Adaları yaxınlığında karantində saxlanılan gəminin 3 gün sonra Gran Kanariya və ya Tenerife limanına yanaşacağı gözlənilir.

Gəmidə ümumilikdə 23 ölkədən 88 sərnişin və 59 heyət üzvü olub. İndiyədək 7 nəfərdə virus aşkarlanıb, 3 nəfər isə həyatını itirib.

İlk yoluxma halı olan hollandiyalı kişi sərnişin aprelin 11-də gəmidə ölüb və onun meyiti aprelin 24-dək gəmidə saxlanılıb. Daha sonra həyat yoldaşı ilə birlikdə Sent Helena adasında gəmidən endirilib.

Təxliyə zamanı yüngül simptomlar göstərən qadın Cənubi Afrikaya uçuş zamanı halı pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib və aprelin 26-da vəfat edib.

Gəmidə olan Almaniya vətəndaşı isə mayın 2-də həyatını itirib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 07 May 2026 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see337

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see299

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see293

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see290

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see282

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see275

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see272

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see261

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see251

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see240

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see239

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see234

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see230

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see219

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see214

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see214

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see205

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see204

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see192

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri