O da tibb işçisi deyilmiş Rəsmi
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin apardığı yoxlamalar nəticəsində özünü estetik cərrah kimi təqdim edən bir neçə həkimin bu icazəsinin olmadığı üzə çıxıb.
“Qafqazinfo” xəbər verir ki, məlumatda özəl klinikada həkimlərin qanunsuz cərrahiyyə əməliyyatı ilə məşğul olması da yer alıb.
Bildirilib ki, bəzi həkimlər sertifikasiyası prosesindən keçməyib.
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən özəl müəssisədə aparılan yoxlamalar zamanı inzibati xəta üzrə aşkar edilən faktlar əsasında inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə növbəti icraata göndərilib.
Bəzi həkimlərin tibb kadrlarının vahid məlumat reyestrində tibb işçisi kimi qeydiyyatda olmadığı, həmçinin yoxlama zamanı klinikanın işçi heyətinin siyahısında rast gəlinmədiyi müəyyən edilib və özəl müəssisə barəsində müvafiq qaydada inzibati tənbeh tədbiri seçilib.
Baxış sayı:59
Bu xəbər 08 Noyabr 2024 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















