O da “uşaq pulu” müzakirələrinə qoşuldu: “Cahillikdir”
Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Müğənni Nura Suri də “uşaq pulu”nun verilib-verilməməsi ilə bağlı müzakirələrə qoşulub.
“Yeni Sabah”ın xəbərinə görə, o, bununla bağlı söz-söhbətlərin ürəkaçan mənzərə yaratmadığını deyib:
“İlk olaraq onu deyim ki, övladlarımı özəl xəstəxanalarda dünyaya gətirmişəm, özəl məktəblərdə oxutdurmuşam, peyvəndlərinə kimi özəl klinikalarda vurulub. Dövlətin pulsuz xidmətlərindən heç vaxt istifadə etməmişəm. Düşünürəm ki, imkanı olan şəxslərin çoxu belə edir. Dominos pizza
“Uşaq pulu”nu tələb edənlər ehtiyacı olan insanlardır. Həmin insanları təhqir edərək “pulun yoxdur, dünyaya uşaq gətirmə” kimi ifadələr işlətmək cahillikdir”.
Müğənni bildirib ki, hazırda bir ailədə 3 nəfərin normal yaşaması üçün ayda 1500 manat qazancı olmalıdır:
“Uşaq böyütmək maddi baxımdan o qədər çətindir ki, bir neçə ildən sonra heç kəs bir uşaqdan artıq övlad dünyaya gətirmək istəməyəcək.
Bir ailədə 3 nəfərin (ata, ana, uşaq) kreditə girmədən normal yaşaması üçün evə ayda ən az 1500 manat qazanc gəlməlidir. O da əgər həmin ailənin öz evi varsa, kredit və ya ipoteka ödənişi yoxdursa.
Xahiş edirəm, danışanda bir az diqqətli olun, insanları əzməyin. Düşünün, analiz edin, empatiya hissiniz olsun”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 22 May 2026 16:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















