O, dünyanın ən yaxşısıdır
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
PSJ prezidenti Nasser Əl-Xelaifi komandanın baş məşqçisi Luis Enrike barədə yüksək fikirlər səsləndirib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, klub rəhbəri verdiyi açıqlamada ispan mütəxəssisin fəaliyyətindən tam razı olduqlarını bildirib. O, Luis Enrikeni hazırda dünyanın ən güclü məşqçilərindən biri deyil, birincisi hesab etdiyini vurğulayıb.
Əl-Xelaifinin sözlərinə görə, həm məşqçi Parisdəki fəaliyyətindən məmnundur, həm də klub onun rəhbərliyi altında görülən işləri yüksək qiymətləndirir. PSJ prezidentinin fikrincə, Luis Enrike komandaya rəhbərlik etməkdən qürur duyur, klub da onunla əməkdaşlıqdan böyük məmnunluq hissi keçirir.
Qeyd edək ki, ispan çalışdırıcının Paris təmsilçisi ilə qüvvədə olan müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Bununla yanaşı, xarici mətbuatda tərəflərin əməkdaşlığı daha uzun müddət davam etdirmək və müqaviləni 2030-cu ilə qədər uzatmaq imkanını nəzərdən keçirdiyi bildirilir.
Hüseyn
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 02 İyun 2026 09:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















