Icma.az
close
up
RU
Menu

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

Ankara və İrəvanın yeni məramları nədir?

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Qvardiola Mançester Siti nin matçında

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

Türkiyə rəhbərliyinin susqunluğu Azərbaycan cəmiyyətində suallar doğurur Politoloq

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

O, elə bir məktəb yaradıb ki...

O, elə bir məktəb yaradıb ki...

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Milli mətbuatımızın 150 illiyi ərəfəsində ustad jurnalist Şirməmməd Hüseynovun 100 illik yubileyi media təntənəsinə çevrildi

Bakı Dövlət Universitetində (BDU) görkəmli alim və mətbuat tədqiqatçısı, professor Şirməmməd Hüseynovun 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan mediası: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. 

Konfrans iştirakçıları əvvəlcə II Fəxri xiyabanda Şirməmməd Hüseynovun məzarını ziyarət ediblər. Görkəmli alimin xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə əklillər və tər çiçəklər düzülüb. Ardınca onlar BDU-nun jurnalistika fakültəsinin milli mətbuat tarixi kafedrasında Ş.Hüseynovun xatirəsinə həsr olunmuş guşə ilə tanış olublar. 

BDU-nun akt zalında anşlaq idi. Görkəmli alimin həyat və yaradıcılığına həsr olunmuş filmin nümayişindən sonra çıxış edən universitetin rektoru Elçin Babayev professor Şirməmməd Hüseynovun mətbuat tədqiqatçısı, nüfuzlu pedaqoq kimi şərəfli bir ömür yaşadığını vurğuladı. O, konfrans iştirakçılarının nəzərinə tədqiqatçı-alimin öz araşdırmalarına hələ Moskva Dövlət Universitetinin aspiranturasında oxuduğu illərdən başladığını və bütün ömrünü bu işə sərf etdiyini bildirdi: “Professor Şirməmməd Hüseynov böyük bir ənənənin, tarixi missiyanın, “Əkinçi” məktəbinin davamçısı idi. Bu ənənə XIX əsrin sonları – XX əsrin əvvəllərində yaranan və formalaşan, klassik mətbuat xadimlərimizin milliliyə, vətənpərvərliyə əsaslanan ənənəsi idi. Şirməmməd müəllimin elmi–publisistik yazıları klassik mətbuat xadimlərimizlə müasir dövrümüz arasında bir körpü rolunu oynayır. Alim həmin dövrün ziyalılarının həyat və yaradıcılığını, milli mətbuatın fəaliyyətini bizə yeni tərzdə, yeni təqdimatda çatdırır”. 

Türkiyənin Üsküdar Universitetinin rektoru Nazifə Güngör böyük alim Şirməmməd Hüseynovun millətinə, xalqına xidmət edən, tarix yaradan bir ­jurnalist-alim olduğunu bildirdi. “Bəzi insanlar tarix olur, bəziləri isə tarix yaradırlar. Şirməmməd Hüseynov tarix yaradanlardandır” – deyən N.Güngör peşəkar jurnalist olmağın çətinliyindən, amma bundan daha önəmlisi, yaxşı insan kimi yetişməyin vacibliyindən söz açdı. “Savad almaq, texniki vərdişləri öyrənmək asandır, məsləyin əxlaqını gözləmək isə bir missiyadır”. Bunu böyük jurnalist, əsl pedaqoq Şirməmməd Hüseynovun timsalında gördüyünü qeyd edən türkiyəli qonaq Mustafa Kamal Atatürkün Cümhuriyyəti qurarkən öncə qəzetçilərə güvəndiyini, Anadolu Agentliyini yaratdığını diqqətə çatdırdı. 

Milli Məclisin deputatı, Bakı Slavyan Universitetinin jurnalistika kafedrasının müdiri Vüqar Rəhimzadə bildirdi ki, Şirməmməd Hüseynov müasir dövrün çağırışlarına cavab verən, ölkənin ictimai-siyasi mühitinə təsir imkanlarına malik minlərlə jurnalist yetişdirib. Böyük pedaqoqun yeni jurnalistikanın təməlini qoyduğunu, məktəb yaratdığını deyən V.Rəhimzadə Ş.Hüseynovu təkcə milli mətbuatın deyil, istiqlal tariximizin cəfakeş araşdırmaçısı kimi xarakterizə etdi: “Əməlləri ilə adını əbədiləşdirən Şirməmməd Hüseynovun zəngin irsi bu gün də, sabah da öz rolunu oynayacaq”.

Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxışında qeyd etdi ki, Şirməmməd Hüseynov təkcə yazıları ilə deyil, vətəndaşlığı ilə də neçə jurnalist nəslinə dərs keçib, nümunə olub: “Bu məktəbin yetirmələri görkəmli alimdən həm də cəmiyyəti maarifləndirmək, xalqa xidmət etmək missiyasını öyrəniblər”. 

“Bu gün hamımızın bayramıdır. Gələn il milli mətbuatımızın 150 yaşını qeyd edəcəyik, indi isə onun 100 illiyinə toplaşmışıq. Şirməmməd Hüseynovun yubileyini tam ərklə jurnalistikamızın yubileyi kimi təqdim etmək olar”.

Çıxışına bu sözlərlə başlayan “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov özünəməxsus məktəb yaratmış böyük alimin Vətən, millət, dövlət anlayışlarına, ADR irsinə sevdalı yanaşmasını xüsusi olaraq vurğuladı: “Şirməmməd müəllim Cümhuriyyət tarixinə dair ilk kitabını şəxsi təqaüdü hesabına çap etdirmişdi. Bu barədə Mətbuat Şurası adından cənab Prezidentə yazdığımız məktuba iki gündən sonra cavab gəldi. Sonrakı iki cild dövlət hesabına çap olundu. 2018-də İrana səfərimizdə həmin kitabları o vaxt parlamentin üzvü, indiki Prezident Məsud Pezeşkiana hədiyyə elədik. O, bunun Azərbaycandan aldığı ən böyük hədiyyə olduğunu dedi”. 

Daha sonra çıxış edənlər – “ARB24” telekanalının direktoru Radik İsmayılov, BDU-nun milli mətbuat tarixi kafedrasının müdiri Cahangir Məmmədli, multimedia və elektron kommunikasiya kafedrasının müdiri Qulu Məhərrəmli, jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev Şirməmməd Hüseynovun elmi-pedaqoji fəaliyyətini ləyaqətlə, vicdanla, təmənnasız və peşəkarlıqla yerinə yetirdiyini bildirdilər, ustad sənətkarla bağlı xatirələrini bölüşdülər.

Sonda alimin qızı, Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova çıxış edərək konfransın təşkilatçılarına minnətdarlığını bildirdi. O qeyd etdi ki, Şirməmməd Hüseynov öz xalqını ürəkdən sevən, son dərəcə saf və dürüst insan idi: “Biz onunla daim qürur duymuşuq və özümüzü Şirməmməd Hüseynovun məsləkdaşı hesab etmişik. Çox sevinirəm ki, atamın yetirmələri, tələbələri də bu yolla gedirlər”. 

* * *

Bütün çıxışlarda Şirməmməd Hüseynovun Azərbaycanda peşəkar jurnalist ­kadrların yetişdirilməsində xidmətləri xüsusi olaraq vurğulandı. Mübaliğəsiz deyə bilərik ki, məhz Şirməmməd Hüseynov kimi alim-pedaqoqların əməyinin nəticəsində müstəqil Azərbaycan mətbuatı özünün 150 illik tarixi irsinə, ənənələrinə söykənərək yenidən formalaşdı, yeni mərhələyə qədəm qoydu. Onun yaratdığı məktəbin ardıcılları həmin ənənəni bu gün uğurla inkişaf etdirirlər.   

Daha sonra konfrans öz işini bölmə ­iclasları ilə davam etdirdi.

İ.HƏSƏNQALA 
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Dekabr 2024 00:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see361

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see316

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see305

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see278

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see277

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see267

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see253

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see233

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see232

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see225

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see205

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see201

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see200

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see199

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see196

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see191

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see189

Türkiyə rəhbərliyinin susqunluğu Azərbaycan cəmiyyətində suallar doğurur Politoloq

14 Oktyabr 2026 19:36see188

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see177

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri