O, gec tez İngiltərə millisinin ən yaxşı oyunçusu olacaq Xosep Qvardiola
Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.
"O, gec-tez İngiltərə millisinin ən yaxşı oyunçusu olacaq".
Fanat.Az xəbər verir ki, bu sözləri "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola rəhbərlik etdiyi komandanın ehtiyat qapıçısı Ceyms Trafford barədə danışarkən deyib.
İspaniyalı mütəxəssis fikirlərini "şəhərlilər"in rəsmi saytına bölüşüb: "Yalnız onu deyə bilərəm ki, Ceyms bizimlə olduğu üçün şadıq. Trafford bizə Premyer Liqada və ya Çempionlar Liqasında lazım ola bilər. Bu səbəbdən də yüksək səviyyədə məşq etməli, şans qazanacağı anı gözləməlidir. Ceyms inanılmaz qapıçıdır".
Xatırladaq ki, MS Traffordu iyul ayının 29-da, 30,7 milyon avro qarşılığında "Börnli"dən transfer edib. Bu mövsüm İngiltərə nəhənginin forması ilə bütün turnirlərdə 4 matça çıxan 23 yaşlı qolkiper 4 qola üzülüb.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 29 Oktyabr 2025 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















