O, Google xəritələrdən silinmiş məhdud əraziyə girdi KONKRET
Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
“Qadağan olunmuş” kimi qeyd olunmuş və ya Google xəritələrindən silinmiş yerləri araşdıran YouTube fenomeni Elli daha bir maraqlı təcrübə ilə qarşılaşıb.
KONKRET.az xəbər verir ki, o, qaranlıq tarixə malik Şotlandiyanın Qruinard adasını ziyarət edib. Elli yerli sakinlə birlikdə “Qarışqa xərçəngi adası” kimi tanınan əraziyə də gedib.
Qeyd edək ki, Qruinard adası 1942-ci ildə İkinci Dünya Müharibəsi zamanı Britaniyalılar tərəfindən qarayara təcrübələrində istifadə edildiyi üçün bu yerlər “Qarayara adası” kimi də tanınır və qaranlıq bir tarixə malikdir. Buna görə də bəzi səyahətçilərin diqqətini cəlb edir. Öz qaranlıq turizm biznesini idarə edən YouTube fenomeni Elli adanı ziyarət edib.
Səyahətçi bildirib ki, artıq Qruinard adası 1990-cı ildə Müdafiə Nazirliyi tərəfindən “ölümcül xəstəliklərdən azad yer” elan edilib.
Elli mağaralar və qayalı ərazilərdən keçərək təhlükəsiz şəkildə quruya çatmağı bacarıb. Qorxusunu ifadə edən fenomen deyib ki, “Hazırda qorxsam da, bu, dünyadan tamamilə silinmiş və gizlədilmiş bir adanı araşdırmaq və bu yer haqqında qorxulu nəzəriyyələrinin doğru olub-olmadığını görmək mənim üçün çox xoş oldu”.
Çınqıllı bir körfəzdə dayanan Elli maraqlı bir şey görmədiyini, adanın çox da qəribə bir yer olmadığını söyləyib. O, adada heç bir qarayara və ya başqa şübhəli bir şey görmədiyini bildirib.
Elli deyir ki, adətən bəzi qadağan olunmuş yerləri araşdırdıqdan sonra məlum olur ki, qaranlıq keçmişlərinə baxmayaraq, belə adalar çox gözəl, lakin eyni dərəcədə qorxulu macəralarla dolu olur.
Tərcümə etdi: Rəsmiyyə Şərifova,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 29 Yanvar 2026 16:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















