Icma.az
close
up
RU
O HÜCUM PUTİNİ HİDDƏTLƏNDİRİB Yenə “qan qan” deyir...

O HÜCUM PUTİNİ HİDDƏTLƏNDİRİB Yenə “qan qan” deyir...

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Terrora arxalananlarla nə danışmaq olar?Onlara fasilə verib niyə mükafatlandırmalıyıq?”

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə yeni danışıqlara getmək niyyətində olmadığını açıq şəkildə bildirib. 

Ukrayna xüsusi xidmət orqanlarının “Hörümçək toru” kod adlı əməliyyatı ilə Rusiya strateji aviasiyasının xeyli sayda  təyyarəsini sıradan çıxarmasından sonra ilk açıqlamasını verən Putin hiddətləndiyini biruzə verib. 

O, Ukrayna rəhbərliyini Bryansk və Kursk vilayətlərindəki dəmiryolu partlayışlarında mülki əhalini hədəfə almaqda ittiham edib. Həmin hücumlar nəticəsində 7 nəfər həlak olub, 100-dən çox insan yaralanıb.

Putin hökumət üzvləri ilə müşavirədə deyib: “Bryansk və Kursk vilayətlərindəki dəmiryollarına qarşı həyata keçirilən son təxribatlar Ukraynanın planlaşdırdığı terror aktıdır. Belə cinayətlərin arxasında Ukraynada siyasi rəhbərlik dayanır”.

O əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri cəbhə boyu geri çəkildikcə terror taktikalarına üstünlük verir: “Bu fonda 30-60 günlük atəşkəs təklif edirlər, liderlərin görüşünü istəyirlər. Terrora arxalananlarla nə danışmaq olar? Onlara fasilə verib niyə mükafatlandırmalıyıq?”

Putinin bu ritorikası Zelenskinin Rusiya ilə danışıqlar barədə çağırışından dərhal sonra səslənib. 

Zelenski bildirib ki, Rusiyanın təklif etdiyi sülh şərtləri reallaşması mümkün olmayan ultimatumdur və danışıqlar yalnız liderlər səviyyəsində mümkündür: “Ruslar haranı istəsinlər seçsinlər – İstanbul, Vatikan, İsveçrə. Biz hər gün, hətta bazar günü belə görüşə hazırıq”.

Putin isə Ukrayna rəhbərliyini “kökündən çürümüş və korrupsiyalaşmış” adlandırıb, onların nə siyasi bacarığa, nə də mədəniyyətə sahib olduqlarını deyib. Bununla belə, Rusiya lideri danışıqlardan rəsmi şəkildə imtina etməyib və məsələ ilə bağlı Təhlükəsizlik Şurasında müzakirə keçiriləcəyini qeyd edib.

Putinin bu ittihamları Rusiya ordusunun Ukraynaya qarşı 3 ildən artıqdır davam edən işğalçı müharibəsi fonunda ziddiyyətli görünür. Bu müharibə nəticəsində Ukraynanın 21 faizi işğal olunub, 10 milyona yaxın vətəndaş xaricə sığınıb. Cəbhə bölgələrində on minlərlə hərbçi, mərkəzi şəhərlərə edilən zərbələr nəticəsində isə 15 mindən çox dinc sakin, o cümlədən minlərlə uşaq həlak olub.

Bundan əlavə, Rusiya işğal etdiyi ərazilərdən çox sayda uşağı qanunsuz olaraq öz ərazisinə aparıb və onların taleyi hələ də məlum deyil. Bu səbəbdən Beynəlxalq Cinayət Məhkəməsi Vladimir Putin barəsində cinayət işi açaraq onu beynəlxalq axtarışa verib.

Rusiya ordusu mütəmadi olaraq Kiyev də daxil olmaqla Ukrayna şəhərlərini ballistik raketlər və PUA-larla hədəfə alır. Sonuncu belə hücum dünən Çerniqovda baş verib, nəticədə qadın və uşaqlar daxil olmaqla 5 nəfər həlak olub, çox sayda insan yaralanıb.

Belə olan halda Putinin Ukraynanı “terrorçu dövlət” adlandırması siyasi ironiya kimi qəbul edilir. Azərbaycan atalar sözündə deyildiyi kimi: “Adımı sənə qoyum, səni də yana-yana qoyum”. Ukrayna işğal və terrora məruz qalmış dövlətdir və özünü müdafiə etmək, düşmənə zərbə vurmaq üçün Rusiyanın hərbi və ona xidmət edən infrastruktur obyektlərini – o cümlədən dəmir yollarını – legitim hədəf hesab edir. Kreml sahibi bu itkilər barədə gərək müharibəyə başlamazdan əvvəl düşünəydi.

Rasim Əliyev
AzPolitika.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 İyun 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see287

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see285

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see267

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see253

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see244

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see237

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see232

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see227

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see220

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see211

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see198

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see193

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see193

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see192

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see189

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see176

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see175

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri