Icma.az
close
up
RU
O kimin musiqisinə oynadığını bilmir... Aygün Əziz

O kimin musiqisinə oynadığını bilmir... Aygün Əziz

Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kulis.az Aygün Əzizin təcüməsində "Koreya xalq deyimləri, atalar sözləri, zərb-məsəllər, müdrik fikirlər" yazısının üçüncü hissəsini təqdim edir.


əvvəli burada: Ailə, qohumlar və sevgi

AĞIL VƏ AXMAQLIQ

1. Ağıllı bir dəfə eşidər, on dəfə götürər.
2. Zirək adam evdə hər şey tapar.
3. Ağıllı çox vaxt axmağa xidmət edər.
4. Ağıllı əksər hallarda özü-özünü aldadır.
5. Cahil təkəbbürlü olar.
6. Təkəbbürlü adam axırda rahibin katibi olar.
7. Bilənlə söz güləşdirmə.
8. Dələnin özünə uyğun sifəti, balığın özünə binəm qarnı, taxtabitinin də özünə görə ağlı var.
9. Seulda Kimi axtarmağa gedir.
10. Əl çalmaqla zəngin səsini batırmağa çalışma.
11. Öz corabını başqasının ayağına geyindirir.
12. Şabalıdları özgənin kisəsinə yığır.
13. Vaxtilə içində ət olmuş qabdan üç il yeyir.
14. Saçları üfürərək keçəllik axtarır (mənasız işlə məşğul olmaq mənasında).
15. Ağacı dəryaz ilə kəsmə (uyğun olmayan vasitə ilə iş görəndə deyilir).
16. Odunu oraqla doğrama (15-ci ilə eyni mənadadır).
17. Çömçə ilə hava tutur (15 və 16-cı ilə eyni mənadadır).
18. İldırımdan qorunmaq üçün başına çömçə qoyur (özünü qorumaq üçün mənasız və faydasız vasitələrdən istifadə etmək mənasındadır).
19. Dağa təpik atmazlar.
20. Külü bizlə yığmazlar.
21. Daşı yumurta ilə əzməzlər.
22. Külə mıx çalmazlar.
23. Axmaq yaxşı geyinsə də, axmaqdır.
24. Axmaq həmişə ağıllını aldatmağa çalışar.
25. Axmaq adamın da öz əqidəsi var.
26. Axmaq səbəbsiz yerə gülər.
27. Axmaq durnabalığı öz rəfiqəsini də yeyər.
28. Axmaq qadın evi bədnam edər.
29. Axmaq it suya baxmağı sevər.
30. Axmaq adamın başı çiyinlərində olsa da, ağlı ombasındadır.
31. Səfehdən də ağıllı hərəkət çıxa bilər.
32. Səfeh it tarlada da hürür.
33. Axmaq qarğa qənimətini gizlətməyi bacarmır.
34. Bizi ayaqla vurmazlar.
35. Qayanı yumruqla hədələmə.
36. İnəyi kisənin içində kəsməzlər.
37. Böyüyən ağacın kökünə mismar çalma.
38. Qaşınmayan yeri qaşıyıb qanadır.
39. İnəyi çəkiçlə öldürməzlər.
40. Oğruya evin açarını verir.
41. Oğruya qapı açır.
42. Çəkmənin üstündən ayağını qaşıyır.
43. Bilmədən oğurluq etdiyinə görə oğruya bəraət qazandırma.
44. İnəyi ota qarovulçu qoydu.
45. İnək elə bilir ki, nə qədər qocadırsa, bir o qədər dəyərlidir.
46. Evi ombanın üstündə tikməzlər (düşünülməmiş işlər görməyin mənasız olduğunu bildirmək üçün).
47. Dəyirman daşının səsini eşidir, ancaq kimçi axtarır.
48. İlan şəkli çəkəndə gözəllik qatmaq üçün ona ayaq da çəkmə.
49. Birinin yerinə lap üç balıq şəkli çək, bununla çəkdiyin rəsmin qiyməti qalxmayacaq.
50. Özü şəkli baş-ayaq asıb, di gəl rəssamı günahlandırır.
51. Əzizini gözləyəndə belə, bütün gecəni gözü qapıda, qulağı səsdə keçirtmək lazım deyil.
52. Sənətini atıb, it alverinə keçib.
53. Gecə heç kimin səni görmədiyi vaxtda nə bəzənirsən?!
54. Adam nə qədər miyoldasa da, ondan pişik olmaz.
55. Hamar yolu qoyub dağ yoluna düşmə.
56. Mərasim qurtarıb, bu indi baraban çalır.
57. Ongünlük toyun onbirgünlük mərasiminə oxşayır.
58. Tərləmək istəyirsənsə, buz kimi otaqda nə işin var?!
59. Donmuş siçanı papirosla isidərək dərisini soya bilməzsən.
60. Gözləyir ki, dovşan kövşənliyə girib yıxılsın.
61. Çayın dərinliyini bilmək üçün onu qurutmağa ehtiyac yoxdur.
62. Yağış yağanda hansı buluddan gəldiyini axtarmazlar.
63. Bədxərc arvadla pul qazanmaq, xəlbirlə su yığmaq kimi bir şeydir.
64. Hasarın olmasaydı, inəyim də buynuzunu sındırmazdı (günahkarı düzgün yerdə axtarmamaq mənasında).
65. Birənin belində ev tikməzlər.
66. Suyu su ilə durultmaq mənasızdır.
67. İp düyünlü də olsa, onu atma.
68. Ehtiyac yoxdursa, pəncərədə deşik açma.
69. Kürəyə (yer belləyən alət) qızıl suyu çəkməzlər.
70. Qaçan atı qamçılamazlar.
71. Arı yuvası tapanda, pulu bal qarşılığında borc vermə.
72. İnəyi satmısansa, tövlə tikmə.
73. Atını itirib, indi tövlə tikir.
74. Başqasının davasında xəncərini çıxartma.
75. Sədəqə yığır, ancaq məhsulunu yığmır.
76. Saatın vurduğu zəng səsinə oynama (hər çalınan havaya oynamazlar mənasında).
77. Kimin musiqisinə oynadığını bilmir.
78. İfrazatına görə iti danlama (mənasız şeyə görə davaya girmə).
79. Suyun üzərinə imza atma (əbəs işlərlə məşğul olmaq mənasında).
80. İnəyin quyruğuna ot bağlamazlar.
81. Pişiyin pəncəsini soyuqdan samanla qoruya bilməzsən.
82. Bu, suya yumruq vurmaq kimi bir işdir (mənasız iş olmağına işarədir).
83. Silkələməklə xəstəliyi adamın canından çıxartmaq olmaz.
84. Xəmirdən düzəltdiyi kəndirlə özünü asır.
85. Qaranlıqda göz vurur.
86. Bazara lax yumurta çıxartma.
87. Yumurtadan çıxmamış cücələri saymazlar.
88. Gülləri yandırmazlar (zərif və gözəl şeyləri məhv etmək yaramaz mənasındadır).
89. Pəncərədən pələng görüb, nəfəsliyi bağlayır.
90. Göyə iynə deşiyindən baxır.
91. Buzova heroqlif öyrətməzlər.
92. Düyünü palçıqla qarışdırır.
93. Laptanı unla ağartmazlar.
94. Tutduğu xərçəngi təzədən çaya buraxır.
95. İtini pələngə tapşırır (quzunu qurda tapşırmaq kimi).
96. Göyü çubuqla ölçür.
97. Yumurtlayan toyuğu kəsməzlər.
98. Ölənin yaşını saymazlar.
99. Yanğını qarla söndürmək olmaz.
100. Xırmanda taxıl döyülür, bu isə orada iynə axtarır.
101. Mismar yığmaq üçün evi yandırmazlar.
102. Çatlamış qabı tüpürcəklə yapışdırmazlar.
103. Qurumuş ağacdan şirə çıxmaz.
104. Zülmətdə oturub, ancaq gün işığında olanları bilmək istəyir.
105. Ağrıyan gözə istiot səpməzlər. Ağrıyan gözə bibər sürtməzlər.
106. Qəpik-quruş üçün 10 li yol gedir.
107. İt damının ağzını bahalı papaqla örtməzlər.
108. Şaxtada üşüyən ayaqlarını sidiyinlə qızdıra bilməzsən.
109. Yatanın ağzına şəkər tozu tökür.
110. Düyünü satıb, peyin aldı.
111. Rahibdə hörük axtarır.
112. Qartalı dağlara saldı (nəticəni düşünmədən təhlükəli işə rəvac vermək).
113. Xəstə öləndən sonra dərman gətirir.
114. Xəlbirlə su yığır.
115. Çayı keçəndən sonra qayığa minməzlər (iş-işdən keçəndən sonra tədbir görmək mənasızdır).
116. Adyal altından əl yelləyir (saman altından su yeritmək mənasında).
117. Pişiyi çiçəklə bəzəyə bilməzsən.
118. Səhər Ayı görmək üçün axşamdan gözləməyə ehtiyac yoxdur (hər şeyin öz vaxtı var).
119. Gecəni səhərə qədər ölünün başının üstündə ah-vay edib, səhər soruşur ki, ölən kimdir.
120. Mərhuma ölənin yaxınlarından daha çox canı yanır guya.
121. Balasını kürəyinə bağlayıb, sonra da onu axtarır.
122. Axmaqlığını görüb bişmiş inək də movuldayır (bişmiş toyuğun gülməyi gəlir məsəlinə uyğun).
123. Divarı tikmək üçün özüldən daş qopartmazlar.
124. Maral göstərib, at deyir.
125. Eyni sümüklərdən neçə dəfə şorba edərlər?!
126. Armud verib, əvəzində qabıq aldı (yaxşılığa yamanlıq və ya zəhmətin dəyərləndirirlməməsi mənasında).
127. Tısbağanın belindən yun qırxmazlar (mənasız işlərlə məşğul olmağa işarədir).
128. Zibil içində civə axtarır.
129. Qazı ətlə yemləməzlər (atın qabağına ət, itin qabağına ot qoymaq kimi).
130. Qardaşına qıymadı, oğruya qismət oldu.
131. Şərqdə yeyir, Qərbdə yatır (Araz aşığından, Kür topuğundan mənasında).
132. Qismətini yuxuda gördü.
133. Yağ butulkasının yanındakı pişik kimidir (nəyisə çox arzulayıb, lakin əldə edə bilməmək mənasında. Həm də pişik ehtiyatsızlıq edib butulkanı aşırda bilər mənasında da işlənməsi mümkündür).
134. Rəsm qalereyasında kor kimidir.
135. Çaya düşüb, sahilin dik olmasından şikayət edir.
136. At çox vaxt öz çulunu didişdirir (insanın özünə ziyan vuran davranışlar etməyi mənasında).
137. Keçən ilki içkidən beyni dumanlanır (keçmiş səhvlərin bugününə təsir etməsi mənasında).
138. Kətan tarlasında qaolyan saplağı kimidir (yerinə, məqamına, şəraitə uyğun olmayan iş mənasında).
139. Eşşək qulaqları ilə öyünər (mənasız şeylə lövğalanmaq mənasında).
140. Közəl görən siçan kimi lovğalanır.
141. Tumla dişlərini korladı (əhəmiyyətsiz şeylər ucbatından özünə ziyan vurmaq mənasında).
142. Stolun üstündə qaşıq gördü (hazıra nazir olmaq mənasında).

Katalanlar bu şəhəri necə yaratdı? - Barselonadan reportaj "Elə olub ki, bir günə 20 min manat qazanmışam" - Orxan Lökbatanlı “Üzeyir Hacıbəyli və musiqi mirası” adlı konsert tədbiri keçirildi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://kulis.az
archiveBu xəbər 01 İyun 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see237

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see223

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see192

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see175

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see166

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see153

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see141

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see138

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see137

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see136

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see135

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see132

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see131

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see130

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see129

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see128

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see128

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see127

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see125

Дочь бывшего министра Суад Гараева изобразила Мехсети Гянджеви как безнравственную женщину

06 Dekabr 2025 00:35see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri