O küçənin oğlanları aşiq idilər mənə... Füruğ Fərruxzad
Icma.az, Kulis.az saytına istinadən bildirir.
Kulis.az məşhur İran şairi Füruğ Fərruxzadın şeirini Məhəmməd Nurinin tərcüməsində təqdim edir.
Əllərimi bağçaya əkirəm.
Cücərəcəyəm, bilirəm, bilirəm, bilirəm.
Və qaranquşlar yumurta qoyacaqlar
mürəkkəbli barmaqlarımın çuxuruna.
İki qırmızı, əkiz gilasdan
sırğa taxıram qulaqlarıma
və ulduzgülü ləçəyi yapışdırıram dırnaqlarıma.
Bir küçə var ki,
o küçənin oğlanları aşiq idilər mənə.
Və hələ də
o dağınıq saçlarıyla, nazik boyunlarıyla, arıq ayaqlarıyla
küləyin bir gecə alıb özüylə apardığı bir qızcığazın
məsum təbəssümlərini düşünürlər.
Bir küçə var ki, qəlbim onu
uşaqlığımın məhəllələrindən oğurlayıb.
Bu mövzuda digər xəbərlər:Eşq dolu kandarda dayanmış o qızı salamlayacağam... Füruğ Fərruxzad
05 İyul 2026 10:32
Bu dünya sizi öpərək boğmağa çalışan kişilərlə doludur... Məşhur iranlı rejissor Füruğ Fərruxzadı necə adlandırmışdı?
05 Yanvar 2026 15:00
Qurbanovdan o davaya reaksiya: Aqressiv idilər VİDEO
09 Mart 2025 17:44
“O, mənə Messini xatırladır”
09 May 2025 14:12
“O acizliyimi bağışla mənə...”
08 Sentyabr 2026 12:42
Baxış sayı:137
Bu xəbər 06 May 2026 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















