Icma.az
close
up
RU
O Prius bizə gəlmişdi, ya yox? Arvadını qapıdakı maşına görə döydü

O Prius bizə gəlmişdi, ya yox? Arvadını qapıdakı maşına görə döydü

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sabirabad rayonunda ər-arvad arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin oktyabrın 28-də rayonun kəndlərindən birində baş verib. 1986-cı il təvəllüdlü Səid həmin gün saat 22 radələrində alkoqol sərxoşluğu vəziyyətində yaşadıqları evdə arvadı Samirə (adlar şərtidir – red.) ilə mübahisə edib.
Aralarında qısqanclıq zəminində baş vermiş mübahisə zamanı qəsdən arvadını yumruqla baş, kürək və bədəninin müxtəlif nahiyələrinə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Səidin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Səid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, Samirə ilə 2023-cü ildə ailə qurub və birgə nikahdan Səlim adlı oğlu olub:
“Məlum hadisə günü, təxminən saat 19 radələrində Qaradağ rayonundan yaşadığım kəndə gəldim. Həmin vaxt yol kənarında kafedə çörək yeyib, spirtli içki qəbul etdim. Sonra oradan duraraq öz yaşadığım evə getdim. Təxminən saat 22 radələrində küçədə “Toyota Prius” markalı avtomobilin çıxmasını gördüm. Sonra evə daxil oldum və arvadımdan avtomobilin onun üçün gəlib-gəlmədiyini soruşdum. Arvadım isə mənə kobud cavab verdiyi üçün aramızda mübahisə yarandı. Mübahisə zamanı əsəbləşərək yumruqla onun sol kürəyinə, başına və sol ayağına vurdum”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Samirə digər otağa gedib, telefonu götürmək istəyən zaman təkrar yumruqla onun kürəyinə və bədənin müxtəlif nahiyyələrinə vurub:
“Samirə qışqıra-qışqıra həyətə qaçdı. Qışqırmasın deyə onun üz nahiyyəsinə şillə ilə vurdum. Bu zaman dırnağım onun burnunu və üzünü cırdı. Bundan sonra səs-küyə qonşuluqda yaşayan qardaşım Səməd gəldi. O, mənə Samirəni döydüyüm üçün irad bildirdi və məni sakitləşdirdi”.
Sabirabad Rayon Məhkəməsinin hökmü ilə Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Qərarının 5.1-ci bəndi tətbiq edilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində başlanılmış cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilib.
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 01 Aprel 2026 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see389

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see361

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see306

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see285

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see281

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see274

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see263

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see256

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see255

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see240

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see230

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see228

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see225

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see222

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see220

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see216

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see215

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see211

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri