O, seçkidə Ərdoğanın rəqibi olacaq FOTO
Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyədə keçiriləcək növbəti prezident seçkilərində əsas namizədlərin adları bəlli olub. Ekstremal situasiya yaranmasa, AKP-nin namizədinin indiki prezident Rəcəb Teyyub Ərdoğan olacağı heç kimdə şübhə doğurmur.
Metbuat.az xəbər verir ki, əsas muxalifət partiyası da artıq öz namizədini müəyyənləşdirib. Növbəti prezident seçkilərində müxalifətin namizədinin Cümhuriyyət Xalq Partiyasının sədri Özgur Özəl olacağı gözlənilir.
Qeyd edək ki, CXP lideri prezidentliyə namizəd olacağının anonsunu dünən İstanbulda keçirilən mitinqdə verib. O, üzünü Türkiyənin dövlət başçısı Rəcəb Teyyub Ərdoğana tutaraq belə deyib: "Səninlə güllü-çiçəkli baharda da, qarlı-boranlı qışda da yarışmağa hazıram. Seçkinin vaxtını təyin et".
Xatırladaq ki, CXP-nin prezidentliyə namizədi hazırda məhbus həyatı yaşayan İstanbulun bələdiyyə sədri Əkrəm İmamogludur. İmamoğlunun məhkəmə prosesinin ən azı bir neçə il davam edəcəyini nəzərə alan Özəl özü meydana çıxmağa qərar verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 14 Noyabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















