Icma.az
close
up
RU
O, tarixdəki ən böyük məşqçilərdən biridir Mançester Siti Qvardiola haqqında

O, tarixdəki ən böyük məşqçilərdən biridir Mançester Siti Qvardiola haqqında

Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Mançester Siti" Pep Qvardiolanın nailiyyətlərini son onilliklərin digər məşhur məşqçiləri ilə müqayisə edib.

Sportal.az xəbər verir ki, kataloniyalı mütəxəssis məşqçilik karyerasında 1000-ci oyununu “Liverpul”a qarşı (3:0) Premyer Liqanın 11-ci turunda keçirib.

"Pep Qvardiolanın əfsanəvi məşqçilik karyerası artıq 1000 oyunu arxada qoyub. 2007-ci ildə “Barselona B” ilə başladığı yoldan bu günə qədər Qvardiola təkcə klub futbolunda qazanılacaq hər şeyi qazanmaqla kifayətlənməyib, həm də oyunun inkişafına böyük təsir göstərib.

Onun gözəl, hücumameyilli futbola sarsılmaz bağlılığı hər oyunda qələbə istəyi ilə birləşir. “Barselona”da, “Bavariya”da və indi “Mançester Siti”də buraxdığı izlə Qvardiola son illərin ən yaxşı məşqçisi, eləcə də futbol tarixinin ən böyüklərindən biri kimi adını əbədiləşdirib.

 Qvardiola 40 kubok qazanıb. Hər şey “Barselona B” ilə üçüncü liqada çempionluqdan başladı. Qvardiola bu titulu özünün ən vacib kuboku adlandırır. O vaxtdan bəri o, 16 tam mövsümdə 12 çempionluq əldə edib: La Liqada dörd mövsümdən üçündə, Bundesiqada hər üç mövsümdə və Premyer Liqada doqquz mövsümdən altısında qalib olub.

İngiltərə çempionatı tarixində Qvardioladan çox titul qazanan yalnız ser Aleks Ferqyusondur. Pep üç dəfə Çempionlar Liqasının qalibi olub: iki dəfə “Barselona” ilə və bir dəfə “Mançester Siti” ilə.

Ən yüksək səviyyədə keçirdiyi 16 mövsümdə o, 10 milli kubok qazanıb, onlardan altısı İngiltərədə olub. Qvardiola çalışdığı bütün üç klubla həm FIFA Klub Dünya Çempionatının, həm də UEFA Superkubokunun qalibi olub. Bundan əlavə, o, İspaniya, Almaniya və İngiltərədə hər il keçirilən Superkubok yarışlarında da qalib gəlib.

Qvardiolanın titullar siyahısı bir çox digər görkəmli məşqçilərlə müqayisədə daha üstün görünür.

Karlo Ançelotti karyerası ərzində 31 kubok qazanıb. Joze Mourinyo (26), Arsen Venger (21) və Yurgen Klopp (13) – bunlar Pepin nailiyyətlərinə yaxınlaşa bilməyən məşhur adlardandır. Əslində, Qvardiolanı ötə bilən yeganə məşqçi 39 illik karyerasında 49 kubok qazanmış Aleks Ferqyusondur". – deyə “şəhərlilər”in paylaşımında qeyd olunur.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://sportal.az
archiveBu xəbər 10 Noyabr 2025 22:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri