Icma.az
close
up
RU
O tozu bir oxucu kimi boğazımda hiss edirəm... Firəngiz niyə Məhərrəmə ərə getməyə razı olur?

O tozu bir oxucu kimi boğazımda hiss edirəm... Firəngiz niyə Məhərrəmə ərə getməyə razı olur?

Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.

Kulis.az Alpay Azərin "Şərif Ağayarın “Rəng mühəndisi” romanı haqqında adda-budda, alaçiy qeydlər" yazısını təqdim edir.

Öncə qeyd edim, romanda rəng-səs, səs-rəng tandeminin poetikası uğurla verilib. Ümumiyyətlə, romanın uğuru ondadır ki, sosial yüklü məqamlar (totalitar resjimin təsviri, daş karxanasındakı acınacaqlı vəziyyət, öncə fəhlələrlə pepellər, sonra Zığ Respublikası administrasiyasıyla fəhlələr arasında baş verən toqquşmalar, inqilabçı Məhərrəmin madiyyata qaçması, sonda etiraz edərkən oğlunun rəng hoqqaları vasitəsilə tilsimlənərək məğlub edilməsi) rənglərlə bağlı olan hadisələrlə (estetik məqamlar) harmonik vəhdət təşkil edir.
Hərçənd, bunun əksini söyləyən ədəbiyyat adamları da var, məsələn, Esmira İsmayılova, Rəşad Səfərlinin adlarını çəkmək olar. Yeri gəlmişkən, əsər totalitarizmin təsviri, xüsusilə, məkan adlarında (“Olmaz-Olmaz respublikası”, “Zərrə-Zərrə Qram-Qram Meydanı” və s.) Oruelin “1984”, eləcə də Şərifin öz əsəri “Ağ Göl”, “Gülüstan” romanları ilə səsləşir.
Əsərin bədii uğurlarından biri sərt və magik realizm elementlərinin uğurlu tənasübüdür, yenə də hərçənd, bunu qüsur kimi görənlər (Rasim Qaraca) də var. Yəni Məhərrəmin asqırmağının doğurduğu effekt, Cabirin güllərlə, rənglərlə bağlı etdiyi möcüzələr mətndə yamaq kimi görünmür, əksinə, tam yerinə düşür.
Rənglərdən başqa romanda kubik daşı, daşın tozu da canlıdır, o dərəcədə ki, o tozu tək Məhərrəm yox, mən də bir oxucu kimi boğazımda hiss edirəm, boğazımı qovuşdurur, ağzımı qurudur, gözlərimə dolur.
Romanda obrazlar bir-birini tamamlayır, obrazlar arasında (məsələn, Məhərrəmlə qaynatası Bəşir arasında) konfliktlər əsərin dramatizmini canlı edir. Ən əsası, əsər boyu əsas personajlar Məhərrəm və rəng mühəndisi Cabir mətnin yükünü öz çiynində daşıya bilirlər.
Əsərin sonluğu möhtəşəmdir, yeri gəlmişkən kinematoqrafikdir, – şərhə ehtiyac yoxdur.
Bir neçə qüsur barədə. Bütövlükdə, mətnin mahiyyətinə mənfi təsir etməyəcək dərəcədə, amma hardasa ciddi sayıla bilən qüsur Firəngizin özünün Məhərrəmi sevmədiyi, hətta zəhləsi getdiyi halda, üstəlik, atasının öz qızını gəlmə, əsli-nəcabəti bilinməyən birisinə vermək istəmədiyi halda, birdən-birə Məhərrəmə ərə getməyə razı olmasının səbəbi müəmmalı qalır, bu, əsərdə boşluq kimi görünür.
297-ci səhifədə Məhərrəmin Muradla bir yerdə pepellərlə mübarizədə qəhrəmancasına həlak olan Bəxtiyarı lağa qoyması, onun qorxaqlığından danışması (???), ona paxıllıq etməsi inandırıcı görünmür. Yəni, biz əsər boyu Məhərrəmin istər müəllif təhkiyəsində, istərsə də öz hərəkətləri ilə dostu Bəxtiyarı düşündüyünün, onu sevdiyinin, yadına düşəndə kövrəldiyinin şahidi oluurq. Birdən-birə Məhərrəmin ona paxıllıq etməsi məndə bir oxucu kimi suallar doğurur. Niyə? Axı nə baş verdi ki, dostuna münasibəti dəyişdi?
Firəngizin ölüm səhnəsi süni, yamaq təsiri bağışlayır, tələsik yazılıb, başqa variant fikirləşib tapmaq lazım idi. Bu məsələni Rasim Qaraca da öz təhlilində düzgün qeyd edib.
Rəssam Bəhlul (yəqin ki, prototip qismən Səttar Bəhlulzadədir.) obrazı mənə həddən çox müəmmalı göründü, onu əsərdə danışdırmaq olardı, bu fikrimdə subyektiv, səhv ola bilərəm.
Kitabın təqdimatında ədəbiyyatşünas alim Ülvi Babasoy dedi ki, bu əsəri ingilis dilinə tərcümə edib Avropada yaymaq lazımdır. Bu fikirə qoşuluram, hətta məndə əminlik var ki, romanın ingilis dilinə uğurlu tərcüməsi baş tutsa və onu Buker müsabiqəsinə təqdim etsələr, ən azından, uzun və qısa siyahıya düşər. Romanın dünyaya çıxmasına uğurlar arzu edirəm.
P.S. Əsərlə bağlı göz atdığım, oxuduğum bir neçə təhlil yazısında (Mehriban Vəzir, İlahə Səfərzadə, Rəşad Səfərli, yuxarıda adlarını qeyd etdiyim digər müəlliflər) bəyəndiyim məqam odur ki, hamı nəyi düşünüb, onu yazıb, yəni əsərlə bağlı layiq olduğu tərifi yazan da, tənqid edən də qərəzli, riyakar olmayıb.

1 avqust 2025, Bakı

Castin Timberleykə görə Bakıya gəldi “MətbuArt” beynəlxalq incəsənət simpoziumu keçirilir Kağız üzərində qalan pasiyent hüquqları
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://kulis.az
archiveBu xəbər 07 Avqust 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see182

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see149

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see133

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri