Icma.az
close
up
RU
“O, Zuğulbadakı bağında yüzlərlə əsgərin zəhməti hesabına bahalı və nəhəng hovuzlar tikdirir...”

“O, Zuğulbadakı bağında yüzlərlə əsgərin zəhməti hesabına bahalı və nəhəng hovuzlar tikdirir...”

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Mən sənə göstərərəm, alcaq! Sən çox şeyi gizlədirsən. Sən əclafsan. Ancaq başına elə oyun açacağıq ki, bizi uzun müddət xatırlayacaqsan. Rədd ol burden…”

“Hökmranlar Allahdan qorxmur... Bəs onlar adi adamlardan, görəsən, daha nə ilə fərqlənir? Bu adamları hökm sahibi eləyən nədir görəsən: ağılmı, iradəmi, təsadüfmü, qanunauyğunluqmu?.. Bəlkə bu adamlar xalqların taleyinə- gah Allahın, gah da Şeytanın əli ilə  Yuxarıdan- Göydən yazılır və buna görə dünyada adil və ali hökmdarlar olur, zalım və rəzil hökmranlar da...

İndi - gözümüzün qabağında tarixin boz sifəti bir daha dəyişərkən- dünyanı zaman-zaman öz hökmünə, öz iradəsinə tabe eləyənlərin fiziki və əxlaqi varlığı necə də aydın görünür!.. Və bu, suyu süzülən, qanı axan aydınlıqda Mir Cəfər Bağırovun tutqun, boz sifəti tarixin qəbiristanlığında elə bil ölü-ölü, soyuq-soyuq bizə baxır...

Bu sətirlər 1993-cü ildə “Yazıçı” nəşriyyatında cəmi 60 min tirajla çap edilmiş və təbii ki, ölkəmizin geniş oxucu kütləsinin çox hissəsinə çatmamış  “Mir Cəfər Bağırovun məhkəməsi” adlı kitabdandır...

Kitab sovet dövründə Azərbaycanın ən qəddar rəhbəri kimi tanınmış  Mir Cəfər Bağırovun məhkəməsinin çoxcildli stenoqrafik materiallarından DTX-nın(o vaxt Milli Təhlükəsizlik Nazirliyi) arxivində saxlanılan cəmi iki cildlik material əsasında hazırlanıb.

Kitabda XX əsrin 20-30-40-cı illərində baş vermiş və bütün keçmiş SSRİ xalqları kimi, Azərbaycan xalqının da bugünkü taleyindən dəhşətli izləri silinməmiş, ən kəskin dövrü 1937-ci ili əhatə etdiyindən ümumən “37-ci il” repressiyaları adlanan müdhiş olayların ölkəmizdəki baş fiqurantı, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri (1932–1933), Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri (1926–1927, 1929–1930), Azərbaycan SSR Fövqəladə Komissiyasının sədri (1921–1926) və nəhayət,   Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1933–1953) vəzifələrində çalışmış Mir Cəfər Bağırovun sənədlər əsasında təsvir edilən əməllərindən, həmin əməllər əsasında ortalığa çıxan ziddiyyətli şəxsiyyətindən bəhs edir.

Beləliklə, dəyərli Moderator.az oxucularını sözügedən kitabın ən maraqlı epizodlarıyla tanış edirik:

İstintaq materiallarından...

Əks-inqilabçı ünsurlərin məsuliyyətdən kənarlaşdırılması...

(Əvvəli burada: )

“Azərbaycan K (b) P MK-nın ikinci katibi, neft sənayesi sahəsində görkəmli mütəxəssis olan Əşrəf Əlizadə sərbəstdüşüncəli, hər hansı məsələyə münasibətini açıq-aydın bildirməyi sevən adam idi. Onun fikirləri bəzən Bağırovun fikirləri ilə daban-dabana zidd olurdu. Bu da Əşrəf Əlizadənin, eləcə də onun qohumlarının şübhəlilər siyahısına salınması üçün kifayət edirdi. Bağırov Yemelyanova göstəriş verdi ki, Əşrəf Əlizadəni siyasi cəhətcə səbatsız bir şəxs kimi nəzarətə alsın. 1946-cı ilin sonlarında Əşrəf Əlizadə öz evində, qaynıo vaxtlar Azərbaycan dövlət təhlükəsizlik nazirinin müavini olan Ələkbər Mustafayevin yanında Bağırov barədə bəzi sözlər söylədi. O dedi ki, Bağırov hamını qənaətçı olmağa, sadə həyat tərzi sürməyə çağırır, özü isə ölkə müharibədən çıxdığı bir vaxtda, iqtisadi çətinlik olduğu bir vaxtda Zuğulbadakı bağında yüzlərlə əsgərin zəhməti hesabına bahalı və nəhəng hovuzlar tikdirir. Bağının meyvəsini bazar qiymətləri ilə satdırır və s. Daha sonra Əlizadə deyib ki, yaxşı olardı ki, xərclənən vəsait hesabına neftçilər üçün istirahət evi tikiləydi. Mustafayev də Əlizadənin dedikləri ilə razılaşdı. Ertəsi gün Mustafayev nazir Yemelyanovun qəbuluna çağırıldı. Yemelyanov ona bildirdi ki, onun Əlizadə ilə Bağırov barədəki söhbətindən xəbərdardır və Əlizadənin bağırov barədəki söhbətini sözbəsöz təkrar etdi. Çox çəkmədi ki, Mustafayev işdən azad edildi, sonra isə partiyadan xaric olundu. 

Şahid Şabanbəyov Həmzə Musabəyoviçin bu barədə ifadəsi var: 

“Qəmər Əlizadəvə onun qardaşı Ələkbər Mustafayevin ifşa olunması barədə tapşırığı mən aşağıdakı şəraitda aldım: “1948-ci ilin payız günlərindən birində mən evimə getdiyim yerdə hiss elədim ki, kimsə məni güdür, çekist-kəşfiyyatçılar məni qarabaqara izləyir. Mən öz mənzilimə yaxınlaşanda mülkü geyimdə üç nəfər məni əhatəyə alıb bildirdilər ki, məni nazir Yemelyanov yanına çağırır. Məni maşına mindirib, Azərbaycan DTN-nə, şöbə müdirinin müavini Kərəmskinin otağına gətirdilər. Orada mən gecə saat 1-ə qədər gözlədim. Sonra məni Yemelyanovun otağına apardılar. Yemelyanov əv vəlcə məni söyməyə, təhqir etməyə başladı: “Sən ikiüzlüsən. Sən dövlət xainisən”. Sonra isə əsas məsələyə keçdi... Kəmərski mənə təklif etdi: “Sən müəyyənləşdirməlisən görək, Mustafayevin Rəşidzadə ilə əlaqəsi var, ya yox. Sən öyrən gör, onlar Bağırov əleyhinə nə fikirdədilər. Sən Moskvaya gedib Mustafayevi ifşa etməlisən”. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi adından məni Moskvaya göndərdilər. Moskvada Mustafayevlə ünsiyyət zamanı mənə aydın oldu ki, onun türk kəşfiyyatı ilə əlaqədə olması barədə şübhələr əsasızdır, bu, Mustafayevin əleyhinə cinayət işi qaldırmaq üçün bir bəhanədir. Kəmərski mənə Mustafayevi “qonaq etmək” üçün pul vermişdi. Moskvada olarkən Kəmərski mənə min manat pul göndərmişdi. Mən həmin pulları Mustafayevin açlıq çəkən balaları üçün xərclədim. Qayıdandan sonra mən Kəmərskiyə məlumat verdim ki, Mustafayevin türk kəşfiyyatı ilə bir əlaqəsini müəyyənləşdirə bilmədim. O mənə bildirdi ki, bu barədə “general”a, yəni Yemelyanova məlumat verəcək. Sonra isə mənə bildirdi ki, “general” məndən narazı qalıb. Bundan sonra isə mənə Qəmər Əlizadə ilə əlaqə saxlamaq tapşırığı verildi: “qadının hulqumu zəif olar”, bəlkə ondan bir şey öyrəndin. Bu tapşırığı mənə Kəmərski verib dedi: “Bağırov bizə rahatlıq vermir, deyir bu ailəni darmadağın etmək lazımdır”. Kəmərskinin tapşırığı ilə mən Qəmər Əlizadə ilə görüşdüm, ancaq onun söhbətlərinin hamısı Bağırovu söyməklə başa çatırdı. Mən Kəmərskiyə bildirdim ki, heç bir casusluq fəaliyyəti aşkara çıxarmamışam. Məndən Mustafayev və Əlizadə barədə yalançı məlumat almaq istədiklərini görüb, Kəmərskiyə bildirdim: “Siz məndən uydurma məlumat qoparmaq istəyirsinizsə, mən onu verə bilməyəcəyəm”. Bundan sonra Yemelyanov məni iki dəfə yanına çağırdı və üstümə çığırdı: “Mən sənə göstərərəm, alcaq! Sən çox şeyi gizlədirsən. Sən əclafsan. Ancaq başına elə oyun açacağıq ki, bizi uzun müddət xatırlayacaqsan. Rədd ol burdan”, – deyib otağından qovdu. 10 gündən sonra Azərbaycan SSR ədliyyə Naziri Əli Məmmədov mənim hüquq sistemindən qovulmağım barədə əmr verdi. Mən başa düşdüm ki, bütün bunları Bağırov və Yemelyanov ediblər”. 

(Davamı var)

Təqdim etdi: 

Sultan Laçın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://moderator.az
archiveBu xəbər 18 Noyabr 2024 19:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see231

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see216

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see208

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see197

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see191

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see156

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see146

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see143

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri