Obamadan Trampın qərarına reaksiya: O, Harvardı dəstəklədiyini bildirib
Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.
Bizimyol.info xəbər verir ki, Obama Ağ Evin Harvardla rəftarını “qanunsuz” adlandırıb.
ABŞ-ın keçmiş prezidenti Barak Obama, Donald Tramp rəhbərliyinin Fələstinə dəstək nümayişləri ilə gündəmə gələn Harvard Universitetini hədəf almasını tənqid edərək, məktəb rəhbərliyinə dəstək mesajı göndərib.
Obama Harvard administrasiyasının mövqeyini müdafiə edərək, akademik azadlığın qorunmalı olduğunu vurğulayıb. Bu prosesdə Harvard rəhbərliyinin tutduğu mövqeyi təqdir edən Obama, digər universitetlərin də eyni şəkildə davranacağına ümid etdiyini bildirib.
Obama yazılı açıqlamasında Harvardın digər ali təhsil müəssisələrinə nümunə olduğunu bildirib: “Akademik azadlığı məhdudlaşdırmaq üçün qeyri-qanuni və səriştəsiz cəhdi rədd etməklə yanaşı, universitet rəhbərliyi Harvarddakı bütün tələbələrin intellektual araşdırma, ciddi müzakirə və qarşılıqlı hörmət mühitindən faydalana bilməsini təmin etmək üçün konkret addımlar atdı”, - deyə qeyd edib.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 16 Aprel 2025 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















