Obamızın müzəffərləri Zəfərin adını daşıyan qəhrəmanlar (VİDEO)
Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Zəfərin 5 illiyində "OBA” şəhid əməkdaşlarının ailələrini ziyarət edib və "Obamızın müzəffərləri” videoçarxını təqdim edib
Zəfərin 5 illiyi münasibətilə "OBA” marketlər şəbəkəsi Azərbaycanın azadlığı və bütövlüyü uğrunda canlarını fəda etmiş şəhid əməkdaşlarının əziz xatirəsini dərin ehtiramla anıb.
Bu münasibətlə şəhid əməkdaşların adını daşıyan filiallarda ehsan mərasimləri təşkil olunub, həmçinin onların xatirəsinə həsr edilən "Obamızın müzəffərləri” adlı videoçarx ictimaiyyətə təqdim edilib.
Videoda Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş "OBA” əməkdaşlarının həyat hekayələri, Vətənə olan sevgiləri və göstərdikləri igidliklərdən bəhs olunur.
Bundan əlavə, Zəfər Günüylə bağlı "OBA” tərəfindən şəhid əməkdaşların ailələri ziyarət olunub. "OBA” ailəsi üçün bu ziyarətlər təkcə borc deyil — bu, şəhidlərimizin ailələrinə mənəvi dəstək göstərmək və onların xatirəsini yaşatmaq missiyasıdır.
Biz bu torpaqları azad edən qəhrəmanlarımızın ruhu qarşısında baş əyirik. Zəfərin adı onların adıdır, ruhları isə xalqımızın yaddaşında daim yaşayacaq.
Zəfərin mübarək, Azərbaycan!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 07 Noyabr 2025 16:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















