Obyekti dronlardan qorumaq üçün mühafizəçiyə atəş açmaq icazəsi verilir...
Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.
...Mayın 2-dən, artıq dünəndən Rusiyada departamentlərin təhlükəsizlik və nəqliyyat təhlükəsizliyi əməkdaşlarına xüsusi hallarda fiziki güc, xüsusi vasitələr və odlu silahdan istifadə etməyə icazə verən qanun qüvvəyə minəcək.
SİA-nın məlumatına görə, burada əsas şərt mühafizə olunan obyektin pilotsuz uçuş aparatlarından qorunması zərurətidir.
Qanun bu cür tədbirlərin tətbiqi çərçivəsini müəyyən edir: güc və silahdan yalnız mühafizə olunan obyektə bilavasitə təhlükə yarandıqda istifadə oluna bilər və mühafizəçilər öz səlahiyyətlərini aşdıqlarına görə məsuliyyət daşıyırlar.
Əgər güllələnmənin əsassız olduğu üzə çıxarsa, qanunu pozanlar məsuliyyətə cəlb olunacaqlar.
“Dronlardan qorunma” anlayışının tətbiq olunduğu Rusiya Hava Məcəlləsinə də dəyişikliklər edilir. Nəqliyyat təhlükəsizliyi əməkdaşlarına infrastruktur obyektlərini pilotsuz uçuş aparatlarının təhlükəsindən qorumaq üçün silah və xüsusi texnikadan istifadə etmək üçün oxşar səlahiyyətlər verilib.
...Yeri gəlmişkən, bundan əvvəl Moskvanın Şeremetyevo hava limanında xüsusi hərbi əməliyyat zonasından qayıdan hərbi qulluqçuların aldadılması üzrə ixtisaslaşmış mütəşəkkil cinayətkar qrupun fəaliyyətinin üstü açılıb. İstintaq materiallarına görə, fırıldaqçılar taksi tariflərini sistematik şəkildə şişirdiblər və gələn hərbi qulluqçular barədə məlumat hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən cinayətkarlara ötürülüb.
Nazlı Almuradova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 02 May 2025 22:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















