Öcalan ev dustaqlığına buraxılır? Ərdoğandan sərt reaksiya
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Dekabrın 28-də DEM Partiyasının deputatlarının İmralıya səfəri ilə başlayan proses PKK lideri Abdullah Öcalanın ev dustaqlığına çıxarılacağına dair iddiaları gündəmə gətirmişdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu iddialara cavab verib.
Axar.az xəbər verir ki, bu barədə “Hürriyyət” qəzetinin köşə yazarı Abdulqadir Səlvi məlumat yayıb.
“Ötən gün bir qrup AKP millət vəkili ilə səhər yeməyində görüşən Prezident Ərdoğan “Öcalan ev dustaqlığına buraxılacaqmı” sualına bu cür cavab verib: “Ev dustaqlığından söhbət gedə bilməz. Öcalan özü də çıxmaq istəmir. Bu sözlər haradan çıxır? Uşaq qatili əfv edilə bilməz”, - A.Səlvi qeyd edib.
“Ərdoğan eyni zamanda ədliyyə naziri Yılmaz Tunca üzünü çevirərək “bunları xalqa anladın” göstərişini də verib”, - Səlvi əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 15 Yanvar 2025 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















