Icma.az
close
up
RU
Öcalan Mazlum Kobaniyə məktub yazdı: Onları təşkilatdan uzaqlaşdır

Öcalan Mazlum Kobaniyə məktub yazdı: Onları təşkilatdan uzaqlaşdır

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

PKK terror təşkilatının qanadı SDQ-nin (Suriya Demokratik Qüvvələri) təxminən 50 min nəfərlik şəxsi heyəti var, onların 8 mindən çoxu qeyri-suriyalıdır.

Teleqraf xəbər verir ki, bu barədə təhlükəsizlik mənbələrinə istinadla “Türkiyə” qəzeti məlumat yayıb.

Nəşr yazıb ki, 8-8,5 min nəfərdən ibarət qrupun böyük hissəsi Türkiyə kökənlidir, həm Şimali İraq, həm də Türkiyədən gedən təşkilat üzvlərindən ibarətdir:

“SDQ-nin Suriya ordusuna inteqrasiyası prosesində qeyri-suriyalı ünsürlərin prosesdən kənarda saxlanılması məsələsində Ankara ilə Dəməşq arasında tam razılaşma var. Xarici işlər naziri Hakan Fidan da yaxın günlərdə verdiyi açıqlamada demişdi ki, Türkiyə qeyri-suriyalı ünsürlərin dərhal SDQ-dən uzaqlaşdırılmasını istəyir. Onun sözlərinə görə, Türkiyənin maraqları və təhlükəsizliyinə zidd şəkildə yerləşdirilmiş bütün ünsürlər çıxarılmalıdır.

Əldə etdiyimiz məlumata görə, təhlükəsizlik orqanlarının əməkdaşları İmralıda (həbsxanada) PKK lideri Abdullah Öcalanla da bu mövzunu müzakirə ediblər. Türkiyənin “olmazsa olmaz” kimi gördüyü bu məsələ ilə bağlı Öcalanın SDQ lideri Mazlum Abdiyə (Mazlum Kobani) məktub göndərdiyi bildirilir. PKK lideri məktubunda SDQ-nin baş terrorçusundan qeyri-suriyalıların təşkilatdan uzaqlaşdırılmasını tələb edib”.

Nəşr əlavə edib ki, SDQ bu ünsürləri ayıracağı təqdirdə, Ankara bunu “Terrorsuz Türkiyə” prosesi istiqamətində atılacaq hüquqi addımlar üçün mühüm mərhələ kimi qəbul edəcək: “SDQ-dən uzaqlaşdırılacaq Türkiyə kökənli təşkilat üzvlərinin istədikləri halda Türkiyəyə qayıda biləcəyi, hazırlanacaq hüquqi tənzimləmələrdən bu qrupun da yararlana biləcəyi vurğulanır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 Dekabr 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see621

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see497

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see475

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see324

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see313

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see305

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see304

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see300

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see293

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see287

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see263

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see261

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see257

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see254

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see254

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see249

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see248

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see246

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri