Öcalan parlamentdə çıxış edəcək Ərdoğanın müşaviri
Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Otuz min günahsız insanın qətlində ittiham olunan və ömürlük həbs cəzasına məhkum edilən PKK lideri Abdullah Öcalan Türkiyə parlamentində çıxış edəcək.
Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın müşaviri Mehmet Uçum məlumat verib. Mehmet Uçum uşaq qatili Öcalanın gələn həftə Türkiyə Böyük Millət Məclisinə (TBMM) gətiriləcəyini istisna etməyib.
Ərdoğanın müşaviri deyib ki, PKK lideri TBMM-nin nəzdində fəaliyyət göstərən Milli Birlik, Qardaşlıq və Demokratiya Komissiyasının üzvləri qarşısında çıxış edəcək. Onun sözlərinə görə, Öcalanın çıxışından sonra ölkə rəhbərliyinə təqdim etmək üçün xüsusi sənəd hazırlanacaq.
Qeyd edək ki, Abdullah Öcalanın müraciətindən sonra PKK üzvləri əllərində olan silahları Türkiyənin hüquq-mühafizə orqanlarına təhvil veriblər.
Baxış sayı:44
Bu xəbər 02 Noyabr 2025 19:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















