Öcalandan sensasiya: PKK nı mən qurdum, mən də dağıdıram!
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
MHP lideri Dövlət Baxçalının “Terrorsuz Türkiyə” çağırışından sonra DEM, MİT və İmralı arasında danışıqlar intensivləşib.
Axar.az xəbər verir ki, Türkiyə mediası danışıqlarda bazarlıq və əfv məsələsinin masada olmadığı və terror lideri Öcalanın təşkilata məktub yazdığı haqda iddia yayıb.
Təhlükəsizlik mənbələrindən verilən məlumata görə, təşkilata öz iradəsini tətbiq etməyə icazə verməyən Öcalan “təşkilatı mən qurdum, mən də dağıdaram” fikrindədir.
Görüşlərdə Öcalanın bəzi tələblərinin olduğu, lakin amnistiya məsələsinin heç vaxt müzakirəyə çıxarılmadığı bildirilir. Təşkilat tamamilə tərk-silah olunarsa, xəstə və yaşlı məhbusların qalan cəzalarını ev dustaqlığında tamamlamaları üçün tənzimləmələr aparılacağı barədə pərdəarxası danışıqlar getdiyi bildirilir.
“Burada əsas məsələ silahlarını yerə qoymalarıdır. O zaman əskik bir şey olub-olmadığını görəcəyik. Silahlarını yerə qoymadan və bunu konkret görmədən heç bir addım atıla bilməz”, - AKP-dən olan mənbə deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 09 Fevral 2025 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















