Icma.az
close
up
RU
“Öcalanın müraciəti gözəl müraciətdir, amma real nəticəsi olmayacaq...”

“Öcalanın müraciəti gözəl müraciətdir, amma real nəticəsi olmayacaq...”

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

“Artıq Öcalan neçə onilliklərdir həbsxanada olduğundan onun hərəkata təsir imkanları azdır. Və hazırda kürd hərəkatının yeni ağası var – bu, Amerika Birləşmiş Ştatlarıdır. ABŞ-nin də mövqeyi bəllidir...”

“ “PKK” lideri Abdullah Öcalanın son müraciətinin əməli təsirini, nəticəsini qiymətləndirmək üçün mütləq baxmaq lazımdır ki, indiki mərhələdə kürd dövləti, kürd vətəni, kürd müstəqilliyi məsələsi nə yerdədir. Hazırda Öcalan 26 ildir ki, İmralı adasında həbsxanadadır, amma bu müddətdə kürd müqaviməti davam edir, genişlənir, yeni əraziləri tutur. Niyə? Çünki arxasında Amerika dayanıb”. 

Bunu Moderator.az-a açıqlamasında terrorçu “PKK” lideri Abdullah Öcalanın öz tərəfdarlarına silahı yerə qoyaraq Türkiyəyə inteqrasiya olunmaq çağırışına münasibət bildirərkən politoloq Zərdüşt Əlizadə söyləyib.

“Məgər Öcalanın müraciətindən sonra ABŞ və onun 51-ci ştatı olan İsrail öz niyyətindən əl çəkəcək? Öcalan o dərəcədə nüfuz sahibidir ki, onun  bir sözü ilə Amerikanın, İsrailin kəşfiyyatlarının kürd məsələsi ilə bağlı təxribatçı hərəkatlarına son qoyulacaq. Elə deyil. Mən əminəm ki, kürd müqavimət hərəkatında Öcalana hörmət edən, onun sözünə qulaq asanların sayı çox azdır. Bəli, o, azadlıqda olanda, hərəkata əməli şəkildə başçılıq edəndə, əməliyyatlara rəhbərlik edəndə sözü keçirdi. Amma artıq Öcalan neçə onilliklərdir həbsxanada olduğundan onun hərəkata təsir imkanları azdır. Və hazırda kürd hərəkatının yeni ağası var – bu, Amerika Birləşmiş Ştatlarıdır. ABŞ-nin də mövqeyi bəllidir.  O istəyir ki, strateji əhəmiyyəti olan Yaxın Şərq bölgəsini itaətdə saxlasın. Bunun üçün isə üçayaqlı bir konstruksiya lazımdır. Həmin qurğunun bir qıçı İsraildir. İsraili artıq Amerika kifayət qədər gücləndirib, möhkəmləndirib, faktiki nüvə silahı da var.  Artıq bəzi satqın ərəb və müsəlman dövlətləri onu tanıyır, qəbul edir, onunla əlaqələr qurur, onun işğalçılıq siyasətini qəbul edirlər”, -deyə davamında politoloq bildirib.

“ABŞ xeyli vaxtdır, çalışır ki, dediyimiz qurğunun ikinci qıçı Ermənistan olsun. Ermənistanı Rusiyadan qoparmaq, Amerikanın hərbi bazasına çevirmək, onun vasitəsilə Türkiyə, Gürcüstan, Azərbaycan, İran üzərində nəzarəti həyata keçirmək istəyir. Bu, onun ikinci istəyidir ki, hələlik baş tutmayıb... 

Üçüncü layihə də “Böyük Kürdüstan”dır ki, əgər o qurulsa, İsraildən də betər ABŞ-nin nökəri, qulbeçəsi, aləti və forpostu- ön istehkamı olacaq.  Deyilən plan nəticəsində  Amerika İraqın şimalını qoparıb orada bir kürd muxtariyyəti yaradıb.  Hazırda Suriyanın şimal-şərqindəki qruplaşmalarını silahlandırıb təlim keçərək hərbi birləşmələr formalaşdırıb və onların vasitəsilə ölkə ərazisinin təxminən 30 faizini, o cümlədən də neft mədənləri olan ərazilərini ələ keçiriblər. Həmçinin vaxtilə SSRİ-nin tikdiyi Tapka səddini də tutublar. Və amerikanlar həmin ərazilərdə də bir kürd muxtariyyəti yaratmaq istəyir. Buna da, əlbəttə ki, suriyalılar razı deyil. Amma onlara kimdi baxan... ABŞ-nin bu layihəsini puç eləmək üçün Türkiyə və ərəb dövlətləri, heç olmasa, Suriya məsələsində bir olmalıdırlar. Hələlik bu birlik də görünmür. “Ayır-buyur” siyasəti öz işini görür... 

Bütün bunları nəzərə alaraq demək olar ki, Öcalanın belə bir müraciət etməsini alqışlayırıq: ağlı başına gəlib, həbsxanada xeyli kitab oxuyub və real vəziyyəti dəyərləndirərək belə nəticəyə gəlib ki, silahlı müqavimətin xeyri yoxdur... Bununla belə, onun müraciəti gözəl müraciət olsa da, real təsiri, nəticəsi yoxdur və olmayacaq. Çünki hazırda kürd müqavimət hərəkatına yanlış şüarlar altında başqa qüvvələr, ilk növbədə ABŞ və İsrail nəzarət edir. Bəli, müəyyən müddətə hansısa qruplaşmalar silahı yerə qoya, atəşkəs elan edə bilər, amma bütövlükdə bu proses dayanmayacaq”,- deyə Zərdüşt Əlizadə diqqətə çatdırıb. 

Sultan Laçın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://moderator.az
archiveBu xəbər 01 Mart 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see421

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see364

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see281

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see268

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see263

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see248

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see242

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see240

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see229

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see221

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see220

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see218

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see216

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see201

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see200

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see194

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see193

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see190

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri