Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 4,6 faiz artıb
Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, bu ilin fevral ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20,4 faiz artaraq, milli valyuta ekvivalentində 29 milyard 325,3 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ümumi kredit portfelinin 24 milyard 448,2 milyon manatı və ya 83,4 faizi uzunmüddətli kreditlərin payına düşüb.
Kreditlərin 93,8 faizi banklar, 6,2 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 4,6 faiz artaraq 475,1 milyon manat olub və ümumi kredit portfelinin 1,6 faizini təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 17 Mart 2025 21:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















