Icma.az
close
up
RU
Ödəniş edirsən, amma cərimə gəlir: Azparking in ABSURD QAYDASI

Ödəniş edirsən, amma cərimə gəlir: Azparking in ABSURD QAYDASI

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

Azərbaycanda "Azparking" xidmətindən istifadə edən sürücülər maraqlı və bir o qədər də absurd hesab edilən problemlə üz-üzə qalıblar. Belə ki, vətəndaş parklanma üçün lazımi vəsaiti ödəsə də, müəyyən müddət sonra heç bir qaydanı pozmadığı halda cərimə tətbiq edilir. Bu hal daha çox avtomobilini uzunmüddətli - 24 saatlıq parklanma müddətinin tamam olmasından sonra müşahidə edilir.

Turkustan.az sürücüləri narahat edən mövzu ilə bağlı "Azparking" xidmətinin idarəçiliyini həyata keçirən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əlaqə saxlayıb. Qurum faktı təsdiqləyərək cərimələrin yanama səbəbi olaraq xidmətin mobil tətbiqinin iş prinsipini əsas göstərib.

“İstənilən halda parklanma statusu 24 saatın sonunda dayandırılır. Axşam saat 22:00-dan səhər saat 7:00-a qədər parklanma xidmətinə ödəniş tələb olunmur. Bazar günləri üçün də ödəniş nəzərdə tutulmayıb. Saat 7:00-dan sonra müştəri parklanmanı tətbiqdə aktiv etmirsə, cərimə avtomatik olaraq yaranır. Lakin sistemin avtomatik aktivləşməsi zamanı ödənişsiz müddət üçün cərimə yazılmır. İstənilən halda parklanmanı sürücü özü aktiv etməlidir. Proqram isə müəyyən olunan qaydalar daxilində və təyin olunan zamanlarda sürücünün öncədən tənzimləmədiyi halda özü xidməti deaktiv edir. Lakin “Azparking” park yerini tutulmuş hesab etdiyi üçün cərimə tətbiqinə başladılır. Parklanma xidmətinin ödənişləri kamera görüntüsünə görə qərarlaşdırılmır. Yalnız mobil tətbiq həlledicidir”.

Bu sistemin iş mexanizmindən aydın olur ki, qanunvericiliyə görə ödənişli parklanma yerlərində müvafiq ödəniş edilmədən parklanmaya görə 20 manat məbləğində cərimə nəzərdə tutulur (İnzibati Xətalar Məcəlləsinin 346-1. maddəsi). Sürücü parklanmanı tətbiq vasitəsilə yenidən aktivləşdirməyi unutduqda, proqram xidməti dayandırsa da, avtomobilin həmin yerdə olması tətbiq tərəfindən "ödənişsiz istifadə" kimi qəbul edilir və dərhal cərimə protokolu tərtib olunur. AYNA xəbərdarlıq edir ki, analoji hallar intensiv xarakter daşıyır və sürücülər hər saat sonu gələn bildirişləri idarə etməklə maliyyə itkisinin qarşısını ala bilərlər. Hazırkı yanaşmaya görə, ödənişdə heç bir güzəşt edilmir və cərimə yalnız qurumun özündən qaynaqlanan texniki nöqsanlar olduqda ləğv edilə bilər.

Sürücülər üçün bu situasiya olduqca narahatdır, çünki sistemin avtomatik dayandırılması vətəndaşı "istəmədən qayda pozan" statusuna salır. Ödəniş etmək niyyətində olan sürücü, sadəcə 24 saatın tamamında tətbiqə daxil olub prosesi yeniləmədiyi üçün cərimələnir. /modern.az/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 14 Yanvar 2026 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri