Ödəniş etməmək üçün bahalı maşınını səkidə park edib getdi 99 DC 111 FOTO
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Paytaxtın Yasamal rayonu, Giləzi küçəsində dayanma-durma qaydasını pozan sürücü görüntülənib.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına fotoşəkillər göndərib. Belə ki, 99-DC-111 dövlət nömrə nişanlı “Lexus” markalı avtomobilin sürücüsü piyada səkisini zəbt edib. Nəticədə ərazidən keçən piyadalar çətinlik çəkiblər. Şikayətçinin iddiasına görə, sözügedən sürücü maşını uzun müddət səkidə park edib və özü hadisə yerində olmayıb.
Qeyd edək ki, sözügedən küçədə maşınlar üçün parkinq zonaları mövcuddur. Lakin bəzi sürücülər parkinq pulu ödəməmək üçün nəqliyyat vasitələrini qanunla qadağan olunmuş yerlərdə saxlayaraq həm piyadaların yolunu kəsirlər, həm də ödəyəcəkləri cərimə qat-qat çox olur.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 05 May 2025 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















