Ödənişli ictimai iş yerləri proqramı davam etməlidir Azər Badamov
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Deputat Azər Badamov Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında iki məsələ ilə bağlı təklif səsləndirib.
Modern.az xəbər verir ki, o, Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitlərindən əldə edilən investisiya gəlirlərinin fondun ümumi gəlirləri fonunda ayrıca göstərilməsinin vacibliyini vurğulayıb, həmçinin ödənişli ictimai iş yerlərinin sayının azaldılmaması və proqramın davam etdirilməsini təklif edib.
"Dövlət Sosial Müdafiə Fondunun sərbəst qalan vəsaitlərinin bir hissəsi investisiyalara yönəldilir. Artıq bir neçə ildir ki, bu tendensiya davam edir. Lakin bu investisiyalardan əldə edilən gəlirlər DSMF-nin gəlirləri fonunda ayrıca göstərilmir. Bu məsələyə aydınlıq gətirməyinizi istəyirik".
Azər Badamov əlavə edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 9 aylıq hesabatına əsasən, 66 min 713 ödənişli ictimai iş yeri yaradılıb. Lakin son vaxtlar ödənişli ictimai iş yerlərinin sayında azalma müşahidə olunur.
“Bu proqramın icrası ölkədə məşğulluğun təmin olunmasında əsas rol oynadı və əhalinin sosial rifahının yaxşılaşmasına müsbət təsir göstərdi. İstərdik ki, bu proqram müəyyən müddət də davam etdirilsin və əhalinin işlə təmin olunmasında mühüm rol oynasın”, - deputat vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 05 Noyabr 2025 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















