Ödənişli təhsildən ödənişsizə keçənlərin sayı açıqlandı
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Bu il 804 nəfər ödənişli təhsildən ödənişsiz təhsilə keçib”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda bakalavriat üzrə əmrlərin göndərilməsi prosesi davam edir.
“Bundan sonra Təhsil Nazirliyi ilə birgə dövlət sifarişli boş yerlərin hansı istiqamətlərdə qaldığını müəyyənləşdirəcəyik və həmin maliyyə vəsaitinin istifadəsi üçün yerləşdirmə aparılacaq. Dəqiq rəqəmlər isə müzakirədən sonra açıqlanacaq”, — o vurğulayıb.
Sədr əlavə edib ki, proses tam şəffaf şəkildə aparılır və heç kimin hüququ pozulmur:
“Dövlət maliyyə vəsaiti ayrılıbsa, o, mütləq istifadə olunmalıdır”.
Mina Mikayılova
Baxış sayı:100
Bu xəbər 26 Sentyabr 2025 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















