Icma.az
close
up
RU
Ödənişli zolaqların üstünlükləri nə olacaq? NƏQLİYYAT EKSPERTİ AÇIQLADI

Ödənişli zolaqların üstünlükləri nə olacaq? NƏQLİYYAT EKSPERTİ AÇIQLADI

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Son illərdə Bakıda avtomobillərin sayının sürətlə artması, yolların yüklənməsi və tıxacların gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi nəqliyyat sistemində yeni yanaşmaların tətbiqini zəruri edir. Bu baxımdan, ödənişli hərəkət zonalarının yaradılması planı diqqət mərkəzindədir.

Bəs bu qərarın sürücülər üçün hansı üstünlükləri və çətinlikləri olacaq? Bəs bizdə necə tətbiq olunur?

Məsələ bağlı nəqliyyat eksperti Aslan Əsədov SİA-ya açıqlamasında bildirib ki, sözügedən mövzu ilə bağlı cənab Prezident İlham Əliyevin xüsusi fərmanı olmuşdur.

Onun sözlərinə görə, fərman əsasında aidiyyəti qurumlara tapşırıq verilib ki, təkliflər hazırlanaraq dövlət başçısına təqdim edilsin:

"Burada məsələnin əsas mahiyyəti ondan ibarətdir ki, dövlət qurumlarının fəaliyyət prinsiplərinə və beynəlxalq praktikaya uyğun olaraq ödənişli yolların yaradılması, ictimai nəqliyyatın modernləşdirilməsi və bu sahədə idarəetmənin daha səmərəli təşkil edilməsi məsələləri diqqət mərkəzində saxlanılır.

Ödənişli yolların tətbiqi həm yol infrastrukturunun maliyyə dayanıqlığını təmin etmək, həm də yollardan istifadəyə görə məsuliyyət prinsipini gücləndirmək məqsədi daşıyır. Əsas məqsəd ondan ibarətdir ki, ödənişli yollar vasitəsilə toplanan vəsaitlər birbaşa olaraq yol infrastrukturunun saxlanılması, mütəmadi təmiri və texniki xidmətinin həyata keçirilməsinə, eləcə də ictimai nəqliyyat sisteminin inkişafına yönəldilsin. Bu yanaşma, həmçinin ictimai nəqliyyatdan istifadənin təşviqi və onun keyfiyyətinin yüksəldilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.

Bununla yanaşı, ictimai nəqliyyata olan ictimai münasibətin dəyişdirilməsi və bu sahədə etimadın artırılması da ön plandadır. Əgər vətəndaş yol üçün ödəniş edirsə, həmin yolun yüksək keyfiyyətlə saxlanılması, yol işarələrinin və işıqlandırmanın normal fəaliyyət göstərməsi, təhlükəsizlik tədbirlərinin təmin edilməsi dövlətin birbaşa məsuliyyəti çərçivəsində olmalıdır. Beləliklə, həm şəffaflıq, həm də vətəndaş məmnunluğu təmin ediləcək. Bu sahəyə birbaşa nəzarət Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçiriləcəkdir. Nazirlik, prosesin effektiv koordinasiyası, müasir texnoloji həllərin tətbiqi, rəqəmsal monitorinq və hesabatlılıq sistemlərinin qurulması istiqamətində əsas icraedici orqan olacaqdır. Həmçinin bu proses çərçivəsində maraqlı tərəflərin - bələdiyyələrin, vətəndaş cəmiyyətinin və özəl sektorun iştirakı da nəzərdə tutulur.

Ümumilikdə, bu təşəbbüs dövlətin nəqliyyat sahəsində uzunmüddətli strateji hədəflərini əks etdirir. Məqsəd yalnız cari problemlərin həlli deyil, həm də gələcək nəsillər üçün dayanıqlı, innovativ və vətəndaş yönümlü nəqliyyat sisteminin qurulmasıdır. Bu, həm də Azərbaycanın iqtisadi inkişafı, ekoloji dayanıqlıq və urbanizasiya siyasətləri baxımından əhəmiyyətli bir addımdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 Sentyabr 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri