Ödənişsiz parkinqlərdən kimlər istifadə edə bilər? AYNA CAVABLADI
Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Yaşadığım binanın həyətindəki parkinqdən istifadə etməyimə icazə verilmir”.
Bu barədə Lent.az-a daxil olan şikayətdə bildirilib.
Vətəndaş qeyd edir ki, o, məcburi köçkündür və hazırda paytaxtda yaşayır. Bu yaxınlarda yaşadığı binanın həyətində yerləşən imtiyazlı parkinqdən istifadə etmək istəsə də, ona icazə verilməyib. Bildirilib ki, “müvəqqəti yaşayış yeri olanlar parklanma ərazisindən istifadə edə bilməzlər”.
Məsələ ilə bağlı Lent.az-ın sorğusuna Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda qeydiyyatı olan sakinlər fərdi parklanma talonu alaraq avtomobillərini onlar üçün ayrılan yerdə ödənişsiz saxlaya bilərlər:
“Eyni zamanda, bu imkanlardan yararlanmaq üçün xarici vətəndaşlar da müvəqqəti qeydiyyat ünvanı üzrə müraciət etmək hüququna malikdirlər. Qanunvericiliyə əsasən, digər hallarda imtiyazlar nəzərdə tutulmayıb”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 19 May 2025 17:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















