Icma.az
close
up
RU
Odessadakı hücum Azərbaycan Rusiya münasibətlərinin gərginləşdirilməsinə hesablanmış ola bilər

Odessadakı hücum Azərbaycan Rusiya münasibətlərinin gərginləşdirilməsinə hesablanmış ola bilər

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

2025-ci il avqustun 18-nə keçən gecə SOCAR-ın Odessa vilayətindəki neft bazasına “Shahed” PUA-sı tərəfindən kütləvi zərbə endirilib. Bundan sonra yanğın baş verib. Bütün çənlər, nasos stansiyasının binası, operator və tərəzi otaqları, texniki otaqlar zədələnmiş, hasar dağıdılıb. Bu neft bazasının anbar tutumu 16 min kubmetrdən çoxdur. Dəymiş ziyanın həcmi müəyyənləşdirilir (ekspertizaya başlanılıb), təcili bərpa işləri aparılır. Bu, artıq ikinci kütləvi hücumdur. Bundan əvvəl, avqustun 8-də həmin neft bazasında 10-a yaxın PUA buraxılıb və bu, qismən dağıntılara səbəb olub.

Milli Məclisin deputatı Azər Allahverənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiya tərəfindən SOCAR-a məxsus olan infrastrukturun Ukrayna ərazisində vurulması nəticə etibarilə onu göstərir ki, Rusiya tərəfi Ukrayna ilə əməkdaşlıq edən tərəfdaş qismində çıxış edən istənilən dövlətlə bağlı beynəlxalq hüququn təməl prinsiplərinə zidd addım atmaqdan çəkinmir: “SOCAR humanitar mahiyyət daşıyan bir fəaliyyət növü kimi də dəyərləndirilə bilər. Çünki bu, hərbi silah deyil, bu, hansısa rus əsgərlərinin ölümünə səbəb ola biləcək hər hansı bir funksiyanı özündə ehtiva eləyən element deyil. Rusiya istənilən infrastrukturu, hərbi və ya mülki fərq qoymadan özləri üçün leqal hədəf kimi seçir. Nəticədə təchizat-təminat infrastrukturunu vurmaqdan belə çəkinmirlər. Rusiyanın məqsədi nədir? Rusiya maksimum çalışır ki, Ukrayna istiqamətində uğur qazansın. Uğur qazanması üçün müxtəlif hücum taktikalarından istifadə edir. Bunun üçün əgər hansısa mülki infrastrukturu vurmaq lazım olursa, vurur. Onlar düşünmürlər ki, bu infrastruktur SOCAR-a məxsusdur və ya hansısa başqa bir ölkənin şirkətinə məxsus olan bir infrastrukturdur”.

Azər Allahverənov

Deputatın sözlərinə görə, o da bəllidir ki, Ukraynada vurulan obyektlər arasında, eyni zamanda xarici sərmayədarlara məxsus olan obyektlər də var: “Biz eyni zamanda onu da görürük ki, Ukraynanın ərazisində müxtəlif ölkələrdən olan muzdlu döyüşçülər də var ki, onlar Ukrayna ordusunun tərkibində vuruşur. Amma Rusiya tərəfi həmin ölkələri hansısa bir formada hədəf almır. Bu da onu göstərir ki, Kremlin bəzi qüllələri bu məsələdə soyuqqanlı olan, ağıllı davranan qüllələrdən fərqli bir siyasət yürüdür. Nəticə etibarilə müəyyən mənada üstünlük də qazanırlar”.

Azər Allahverənovun fikrincə, burada münasibət Azərbaycan-Rusiya münasibətlərinin maksimum gərginləşdirilməsinə hesablanmış bir fəaliyyət də ola bilər.

“44 günlük Vətən müharibəsində Rusiyaya məxsus hərbi vertolyot Azərbaycan və Ermənistan şərti sərhəddi üzərində vurulur. Gecə saatlarında heç bir müvafiq nişan olmadan Azərbaycan tərəfinin siqnallarına cavab verməyən hərbi vertolyot potensial təhlükə kimi dəyərləndirildiyi üçün müvafiq qaydada zərərsizləşdirilir. Sonra məlum olur ki, bu Rusiyaya məxsus hərbi vertolyotdur. Həlak olanlar Rusiyanın pilotlarıdır. Azərbaycan da bununla bağlı aidiyyəti addımlar atır, üzr də istəyir, təzminat da ödəyir. Biz görürük ki, müharibə getdiyi bir şəraitdə ərazidə başqa bir ölkəyə məxsus olan bir hərbi vertolyot vurulur və bununla bağlı Azərbaycan müvafiq addımlarını atmış olur”-deyən Azər Allahverənov bildirib ki, indi SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsi vurulursa və hadisə hədəfli şəkildə baş verir, aidiyyəti strukturlar da bununla bağlı müəyyən araşdırmalar aparmalıdır.

Deputatın fikrincə, nəzərə almaq lazımdır ki, Ukrayna ərazisində Azərbaycana məxsus olan müəyyən infrastruktur obyektləri də var, yəni SOCAR-a məxsus olan bir neçə obyekt bu silsilədən olan obyektlərdir.

“Rusiyada Azərbaycana qarşı qərəz üzərində fəaliyyətini kökləyən siyasi dairələr varsa, onlar hərbi dairələrə də bunu hədəfli şəkildə davam etdirilməsində maraqlı olduqlarını göstərə bilər. Bəlkə də avqust ayında ikinci dəfə vurulma da elə mesajdır ki, “yəni biz bunu etməkdə maraqlıyıq”. Maraqlıdırlarsa, hara qədər maraqlıdırlar. Bu da Rusiya-Azərbaycan münasibətlərinin gərgin müstəvidən çıxarılıb, normal axara məcraya yönləndirilməsinə mane olur. Zərbələrin intensivliyinin artırılmasında maraqlı olan Rusiyanın hərbi dairələri, böyük ehtimalla münasibətlərin məhz bu formada gərginləşdirilməsində maraqlı olduqlarını nümayiş etdirmək istəyirlər. Bir qədər soyuqqanlı davranılmalı, situasiya aidiyyəti üzrə mövcud vəziyyətə uyğun olaraq dəyərləndirməli və bundan irəli gələrək zəruri addımlar atılmalıdır. Diplomatik müstəvidə də informasiya sahəsində, kifayət qədər çox əldə resurslar var. Bunlardan məntiqli şəkildə istifadə etmək lazımdır. İnanıram ki, aidiyyəti strukturlar həmin rıçaqlardan məhz dediyim kontekstdə istifadə edirlər. Nəticəsini də yəqin ki, yaxın vaxtlarda görərik”-deyə Azər Allahverənov bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 19 Avqust 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see219

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see208

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see193

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see183

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see165

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see151

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see149

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see149

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see149

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see148

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see145

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see142

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see141

Merz: 2026 cı il Avropa üçün həlledici ola bilər

31 Dekabr 2025 07:40see139

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see139

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see138

Rusiyada “Gelencik” hava limanında məhdudiyyətlər aradan qaldırılıb

31 Dekabr 2025 09:07see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri