Icma.az
close
up
RU
Odlar yurdundan mavi yanacaq alan ölkələrin sayı 16 ya çatdı

Odlar yurdundan mavi yanacaq alan ölkələrin sayı 16 ya çatdı

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan qazı Avstriya və Almaniyada da alovlanacaq

Azərbaycanın potensial qaz alıcılarının sırasına daha iki ölkə qoşulub. Bugünlərdə Azərbaycan Dövlət Neft Şirkəti “mavi yanacağ”ın Avstriya və Almaniyaya ixracına başlayıb. Beləliklə, yanvar ayından etibarən “Şahdəniz” qazı bu iki Avropa ölkəsində də alovlanacaq.

Neft şirkətindən verilən məlumata əsasən, Cənub Qaz Dəhlizinin Avropa seqmenti olan Trans-Adriatik Qaz Boru Kəməri vasitəsilə nəql edilən Azərbaycan qazının Cənubi və Mərkəzi Avropa bazarlarına satışınının həyata keçirilməsi ilə mühüm mərhələ başlanıb. İtaliya üzərindən Avstriya və Almaniyaya həyata keçirilən qaz təchizatı ölkəmizin ixrac coğrafiyasını daha da genişləndirir. Beləliklə, Azərbaycan qazını alan ölkələrin sayı 16-ya çatıb.

Göründüyü kimi, SOCAR Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılmış qaz strategiyasına uyğun olaraq, Avropa və Yaxın Şərq regionlarında qaz marketinqi fəaliyyətini davamlı şəkildə genişləndirir, müxtəlif ölkələrdən olan alıcılarla əməkdaşlıq portfelini artırır və Azərbaycanın etibarlı enerji təchizatçısı kimi mövqeyini daha da möhkəmləndirir. Avstriya və Almaniya ilə enerji sahəsində əməkdaşlıq isə hasilat və infrastruktur, o cümlədən qaz kompressorları sahəsində investisiyaları dəstəkləməklə Avropaya daha çox boru xətti qazının çatdırılmasını təmin edəcək və qitənin enerji təhlükəsizliyinə töhfə verəcək.

Xatırladaq ki, Azərbaycan qazının yeni alıcısı Avstriya bir qədər əvvəl ölkəmizlə uzunmüddətli qaz tədarükü ilə bağlı müqavilə bağlamaq istəyini elan etmişdi. Ölkə rəsmiləri Azərbaycandan qaz almağı Avstriyanın enerji təhlükəsizliyini təmin etmək üçün əhəmiyyətli bir alternativ kimi dəyərləndirmişdilər. Bundan da əsas məqsəd Rusiyadan qaz asılılığını azaltmaqdan ibarət idi.

O zaman Avstriyanın enerji tənzimləyicisi E-Control şirkətinin rəhbəri Volfqanq Urbançiç ölkəsində qazdan 1 milyon ev təsərrüfatını isitmək, həm də elektrik enerjisi ilə təmin etmək üçün istifadə olunduğunu xatırladaraq demişdir: “Ukraynada hərbi əməliyyatlar başlayandan sonra enerji qiymətləri kəskin artıb və Rusiyadan qazın mərhələli şəkildə dayandırılmasının qiymətlərin daha da yüksəlməsinə səbəb olacağı ilə bağlı qorxu var. Onun sözlərinə görə, hazırda Əlcəzair, Azərbaycan və ya Norveç kimi digər qaz tədarükçüləri ilə yeni uzunmüddətli müqavilələr imzalana bilər. Əminəm ki, o zaman qiymətlərlə bağlı vəziyyət normallaşacaq”.

Almaniya ilə qaz tədarükünə dair razılaşma isə 2025-ci ilin yayında əldə olunub. İyunun 10-da Azərbaycan Dövlət Neft Şirkəti ilə bu ölkənin dövlətə məxsus enerji şirkəti olan SEFE arasında 10 illik qaz təchizatı müqaviləsi imzalanıb. Razılaşmaya əsasən, SOCAR Almaniyaya hər il tədricən 1,5 milyard kubmetrə qədər təbii qaz ixrac edəcək.

İmzalanma mərasimindən sonra mətbuata açıqlama verən SEFE-nin icraçı direktoru Egbert Laege deyib: “Bu uzunmüddətli müqavilə Almaniya ilə Azərbaycan arasında mövcud olan güclü münasibətlərin bariz nümunəsidir. Bu tərəfdaşlıq sayəsində Avropaya əhəmiyyətli həcmdə təbii qaz çatdırmaq üçün yeni bir marşrut formalaşdırılır, bu isə bizim portfelimizi şaxələndirməyə və müştərilərimizin enerji təchizatının təhlükəsizliyini artırmağa xidmət edir”.

SEFE Almaniyada enerji təminatı sahəsində 50 minə yaxın müştəriyə xidmət edir. Dövlətə məxsus beynəlxalq enerji şirkəti Almaniya ilə yanaşı, Böyük Britaniya, Fransa, Hollandiya, Belçika, Avstriya və Çexiyada fəaliyyət göstərir. Avropa enerji bazarında 30 illik təcrübəyə malik SEFE burada qaz, elektrik və təmiz enerji məhsullarının aparıcı təchizatçısıdır.

Qeyd edək ki, anbar tutumuna görə Avropanın lider ölkəsi olan Almaniyanın illik qaz tələbatı, təxminən, 70-80 milyard kubmetr təşkil edir. Bununla belə, sənaye aktivliyi, hava şəraiti və enerji siyasətlərindən asılı olaraq bu rəqəm dəyişir. Xüsusən də 2022-ci ilin fevralında başlanan Rusiya–Ukrayna müharibəsindən sonra bu ölkənin illik qaz tələbatında müəyyən azalma müşahidə olunur.

İlham ŞABAN,
Neft Araşdırmaları Mərkəzinin rəhbəri

Azərbaycan qazının Avstriya və Almaniya bazarlarına tədarükünə başlanması, ilk növbədə, Avropada istehlakçıların yeni qaz mənbələrinə olan ehtiyacının açıq göstəricisidir. Çünki ötən ilin dekabr ayında Avropa Komissiyası yaxın iki il ərzində Rusiya qazından tamamilə imtina olunması ilə bağlı qərar qəbul edib. Bu isə Avropa ölkələri qarşısında alternativ mənbələr hesabına enerji təminatını gücləndirmək zərurəti yaradır.

Məhz bu kontekstdə Avstriya və Almaniyanın diqqətinin Azərbaycana yönəlməsi təsadüfi xarakter daşımır. Ölkəmiz son illər ərzində Avropa bazarında qaz tədarükünü mərhələli şəkildə artırmaqla yanaşı, etibarlı tərəfdaş imicini möhkəmləndirib və istehlakçıların etimadını qazanıb. Bu baxımdan Azərbaycanla əməkdaşlıq, xüsusilə də uzunmüddətli əməkdaşlıq ölkəmizə verilən yüksək qiymətin bariz nümunəsidir.

Xatırladaq ki, 2025-ci il iyul ayının əvvəlində Azərbaycan Dövlət Neft Şirkəti ilə Almaniyanın SEFE şirkəti arasında 2035-ci ilə qədər qaz tədarükünü nəzərdə tutan saziş imzalanıb. Həmin sazişə əsasən, ildə 1,5 milyard kubmetr qazın tədarükü planlaşdırılır. Bundan əvvəl isə “Şahdəniz” yatağından hasil olunan qazın illik 1,5 milyard kubmetrlik həcmi Almaniyanın “Uniper” şirkəti tərəfindən alıcı qismində təmin edilirdi və bu qaz İtaliya üzərindən əldə olunurdu.

Avstriya və Almaniyaya qaz ixracı da məhz İtaliya üzərindən həyata keçiriləcək. Diqqət yetirsək görərik ki, Azərbaycan indiyədək əsasən Cənubi Avropa, Balkan və Şərqi Avropa ölkələrinin qaz bazarlarında fəal iştirakçı kimi çıxış edirdisə, artıq ixrac coğrafiyasını şaxələndirərək Mərkəzi Avropa bazarında da mühüm oyunçuya çevrilmək istiqamətində ardıcıl addımlar atır.

Bu proses bir daha Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolunu təsdiqləyir. Cənab Prezidentin də dəfələrlə vurğuladığı kimi, yaxın 5 il ərzində, yəni 2030-cu ilə qədər ölkəmizdə qaz hasilatının, təxminən, 8 milyard kubmetr artırılması planlaşdırılır ki, bunun da mühüm hissəsi ixrac məqsədlərinə yönəldiləcək. İxracın əsas hədəf bazarları isə Avropa ölkələri olacaq.

Mirbağır YAQUBZADƏ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Yanvar 2026 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri