Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

Odlu izlər: cəsur snayperin qəhrəmanlıq yolu

Odlu izlər: cəsur snayperin qəhrəmanlıq yolu

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Etibar ƏHƏDOV
"Aşkarlıq" qəzetinin baş redaktoru

"Əgər azərbaycanlı oğullar sədaqət andı içmək istəyirlərsə, qoy cəsarətlə Baloğlan Abbasovun ruhuna and içsinlər. Hansı qəhrəmana oxşamaq istədiklərini soruşduqda isə qoy tərəddüd etmədən Baloğlan Abbasovun adını çəksinlər. İnsanlar, cəmi 23 il yaşayıb ölməz şöhrət qazanan igidi xatırlayın!"

Əfsanəvi snayper, II Dünya müharibəsində unudulmaz şücaətlə vuruşmuş cəsur döyüşçü Baloğlan Abbasov haqında bu təsirli cümlələr hərbi jurnalist Pyotr Pavlenkonun qələmindən çıxıb.

B.Abbasovun qəhrəmanlığı hər zaman ehtiramla xatırlanır. Ona nəğmələr qoşulub, şeirlər həsr edilib. Lənkəranın küçələrindən birinə onun adı verilib. Vaxtilə Baloğlan Abbasov adı daşıyan təsərrüfatda qəhrəmanın abidəsi ucaldılıb. Dünyaya göz açdığı Sütəmurdov kənd orta məktəbində ölməz qəhrəmanın Xatirə muzeyi açılıb. Burada toplanmış eksponatlar qəhrəmanın igidliyindən, keçdiyi şanlı həyat yolundan xəbər verir.

lll

1931-ci ildə dünyaya göz açmış bacısı qızı Adilə Abbasova hər dəfə dayısının adı çəkiləndə kövrək qəlbi dözmür, yaylığının ucunu gözlərinə aparırdı: "Elə bil hər şey dünən olub... Birinci sinfə gedəcəkdim. Bu vaxt dayım Baloğlan bizə gəlmişdi, əsgər geyimində idi. Bacısı, yəni anam Bikə ilə vidalaşacaqdı. Məktəbə gedəcəyimi eşidəndə qolumdan yapışdı. - Narahat olma bacı, - dedi. - Adiləni məktəbə özüm apararam.

Şəhərdəki 2 saylı orta məktəbə gəldik. Yadımdadır, direktor familiyamı soruşdu. Dinmədiyimi görəndə Baloğlan təbəssüm etdi, ciddilik yağan sifətində xoş görkəm vardı.

- Abbasova! - Direktor gözlüyünü çıxarıb azacıq fikrə getdi, nəsə demək istədi. Amma dayım onu qabaqladı - Elə belə də yazın: - Abbasova Adilə!.. - Dayım məni birinci sinfə qoydu, özü isə birbaşa cəbhəyə yola düşdü".

Adilə xanımın gözləri doldu. Qızı Nahidə söhbətə qarışdı: "Baloğlan dayımız haqqında söz düşəndə anamız həmişə beləcə kövrəlir, - dedi. - Gözlərinə güc verməklə təsəlli tapırdı. Şərəf nənəmiz 1974-cü ildə dünyasını dəyişdi. Amma oğlunun ölümünə son nəfəsinədək inanmadı. Gözləri həmişə yolda, qulaqları səsdə idi. Deyərdi ki, Baloğlan ölməyib, qayıdacaq..."

Birinci dərəcəli Böyük Vətən müharibəsi veteranı Mütəllim Abdulov Baloğlan Abbasovla bir ildə cəbhəyə getmişdi, həm də sinif yoldaşı olmuşdular. Baloğlanla bağlı xatirələri çox idi. Bir dəfə söhbət zamanı dedi: "Müharibə hələ başlamamışdı. Kəndimizdən keçən çayın üzərindən Astaraya dəmir yolu çəkilirdi. Sütəmurdov körpüsündə ustalar işləyirdilər. Necə oldusa, qaykalardan biri ustanın əlindən sürüşüb çaya düşdü. Biz uşaqlar özümüzü suya atdıq. Çay dərin olduğundan axtardığımızı tapa bilmədik. Amma Baloğlan suyun sərinliyinə baxmayaraq, çayın dibinə baş vurub onu oradan çıxara bildi. Baloğlan uşaq olsa da, çevik və cəld idi. Qorxu nə olduğunu bilməzdi. 1937-ci ildə beşinci sinfi bitirib şəhərdəki 3 saylı orta məktəbdə təhsilimi davam etdirdim. Baloğlan isə Lənkəran Subtropik Bitkilər Texnikumuna daxil olmuşdu.

Atam Mirzağa din-iman əhli idi. 1880-1900-cü illərdə Zeynalabdin Tağıyevin paroxod limanında gözətçi işləmişdi, avazla məsciddə mərsiyələr deyərdi. Həm də kənd məscidinin müəzzini idi. Zarafatla atama şeir də qoşmuşdular:

İsa əmi azan verir,

Bığlarına nizam verir.

Müharibə başlanandan az sonra məni də müharibəyə apardılar. Atam namazda Allah-Təala ilə raz-niyaz edərmiş. Deyərmiş ki, onun canını övladları cəbhədən qayıdandan sonra alsın. Təsadüfən də olsa, cəbhədən eyni gündə - 1945-ci il aprelin 11-də qayıtdıq. Bizi görərkən atamız əllərini Allahın dərgahına tərəf qaldırdı, şükür-səna etdi.

Qəribə idi, atamız gəlişimizdən bir həftə sonra - 1945-ci il aprelin 17-də 83 yaşında dünyasını dəyişdi".

lll

Baloğlan müharibəni Ukraynada qarşılamışdı. Sonralar səsi Stalinqrad cəbhəsindən gəldi...  Çox keçmədi ki, cəsur snayper Baloğlan Abbasovun şöhrəti çox yerlərə yayıldı. "Kommunist" qəzeti Stalinqrad uğrunda gedən qanlı döyüşlərin qəhrəmanı Baloğlan Abbasovun cəbhədən göndərdiyi məktubunu özünün 11 dekabr 1942-ci il tarixli sayında dərc etdi.

Həmin günlərdən birində Baloğlan Abbasov qvardiya kiçik serjantı, cəsur snayper Boris Polopovski ilə usta atıcılarının toplanışında görüşdülər. Bu barədə "Kommunist" qəzeti 30 yanvar 1943-cü il tarixli sayında geniş məlumat vermişdi. Usta atıcılar öz təcrübələrindən danışdılar. Toplanışda iştirak edənlər usta atıcıların nə qədər böyük qüvvə olduqlarına bir daha əmin oldular.

Toplanışda iştirak edənlər cəbhənin bütün usta atıcılarına müraciət qəbul etdilər. Bu müraciətnaməni birinci olaraq serjant Baloğlan Abbasov imzalamışdı.

O dövrün qəzetlərində Stalinqrad cəbhəsində 10 usta atıcının 757 alman faşistinin öldürüldüyü barədə məlumat verilirdi. Siyahıya Baloğlan Abbasov başçılıq edirdi. O, hamıdan çox - 106 hitlerçi məhv etmişdi. Sonrakı yerdə Nikolay Yazıkov gedirdi. O, 104 faşist öldürmüşdü.

lll

1942-ci il sentyabrın əvvəllərində doğma yurdunda - Lənkəranda olarkən Baloğlan qonşu Astara, Masallı, Lerik rayonlarının zəhmətkeşləri ilə görüşdə Vətəni necə müdafiə etdiklərindən danışmış, adamları narahat edən, maraqlandıran suallara cavab vermişdi. O vaxt qəzetlər bu görüşlər haqqında maraqlı yazılar dərc etmişdilər. Bir neçə gün sonra cəsur snayper Baloğlan Abbasov Bakı radiosu ilə bütün Azərbaycan xalqına müraciətlə dedi: "İnsan özünə nişanlı seçməklə, dost axtarmaqla sərbəstdir. Ananı isə seçmək olmaz. Ana ana olduğu üçün əzizdir, müqəddəsdir. Vətən də anadır, demək əzizdir, ona qahmar çıxmamaq olmaz. Biz başa düşürük ki, cəbhələrdə böyük rus torpağının hər qarışını müdafiə etməklə doğma Azərbaycanımızı, Muğan düzümüzü, qarlı Kəpəzimizi. pambıqlı çöllərimizi, neftli Bakımızı müdafiə edirik. Ana Vətən əmin ola bilər ki, onun yolunda öldü var, döndü yoxdur..."

"Stalinqrad ətrafında doğma Azərbaycanı müdafiə etdim" çıxışı isə "Kommunist" qəzetinin 30 yanvar 1943-cü il tarixli sayında dərc olundu. Baş serjant Baloğlan Abbasov deyirdi: "Doğma yurdum Lənkəran, düzlərdən və dağlardan, meşələrdən və çaylardan keçən qızğın salamımı sizə göndərirəm. Əziz yurdum, mehriban anam, istəkli qardaşım Əlağa və Ziyad, sözləri həmişə mənim üçün müqəddəs olan dayım Qulamhüseyn Məmmədov, mənim səsimi eşidirsinizmi? Danışan sizin Baloğlandır, Azərbaycanın oğlu və əsgəridir.

Düşmənin keçdiyi yollar ana, ata və uşaqlarımızın qanına boyanmışdır. Uca dağlarımızın günahsız uşaqlarımızın qanına batdığını görürəm. Bu qan bizi intiqam almağa çağırır!

İndi mən Stalinqrad ətrafında vuruşuram. Burada düşmənlə vuruşarkən öz şəhərimin, doğma Qafqazın şərəf və azadlığını müdafiə edirəm..."

lll

Bir dəfə döyüş yolu Nəriman qəsəbəsindən keçirdi. Qəsəbə Azərbaycanın görkəmli dövlət xadimi Nəriman Nərimanovun adını daşıyırdı. Baloğlanın qəlbindən xoş duyğular axırdı. Nəriman qəsəbəsinin düşməndən təmizlənməsində iştirak etdiyinə görə daxili qürur və iftixar hissi keçirirdi.

Düşmənin müdafiə mövqelərini yaran döyüşçülərimiz az sonra Kalaç, Sovetski və Marinovsk rayonlarında birləşdilər. Faşistlərin 22 diviziyası və 160-dan çox hissəsi mühasirəyə alınmışdı. Snayperçilər özlərinə düşmənin ağlına gəlməyən yerlərdə pusqu qurmuşdular.

Döyüş səngimək bilmirdi. Top, mərmi, güllə səsi ətrafı başına almışdı. Şəhərdə dəhşətli küçə döyüşləri gedirdi. Bombardman nəticəsində dağılmış köhnə binanın güllə tutmayan çardağından ətraf aydın görünürdü. Baloğlan ətrafı gözləriylə müşahidə edir, əlverişli mövqedən düşməni atəşə alırdı

Atışma ara verən kimi çardaqdan endi, binanın arxasıyla yavaşca sürünə-sürünə çoxdan gözaltı etdiyi daha əlverişli yerə çıxmaq istədi. Gözlənilmədən qarşıda, küçənin sağında dəhşətli uğultu qopdu. Əks-hücuma keçmiş döyüşçülərimiz düşmənin güclü atəşi ilə qarşılaşmışdılar.

"Həmin gün əfsanəvi snayper, qəhrəman döyüşçü Baloğlan Abbasov qərib eldə qara torpağa qovuşdu. Hissə komandirinin müavini Şilixter çıxışının sonunda dedi: "Mübariz dostumuzun cənazəsi qarşısında qana qanla, ölümə ölümlə cavab verəcəyimizə bir daha and içirik və biz Baloğlan kimi igid oğul yetişdirmiş qəhrəman Azərbaycan xalqına qardaşlıq salamı göndəririk. Baloğlan Abbasovun fəxri döyüş silahı etibarlı əllərə veriləcək. Onu onlarca yeni usta atıcılar əvəz edərək düşməndən amansız intiqam alacaqlar. Baloğlanın xatirəsi ürəyimizdə əbədi yaşayacaq. Biz əminik ki, Azərbaycan xalqının layiqli oğlu Baloğlan Abbasovun gözəl xatirəsi nəinki cəbhədəki döyüşçüləri, habelə arxada sənaye və kənd təsərrüfatı döyüşçülərini də yeni əmək igidlikləri üçün, faşist işğalçılarını darmadağın etmək üçün ruhlandıracaq (Rza Quliyev. Şanlı səhifələr, B., 1969, səh. 57)".

Sonralar hərbi jurnalistlər K.Xromov və P.Faybisoviçin Baloğlan Abbasov haqqında müxtəlif mətbuat orqanlarında qoşa imza ilə yazıları çıxdı. Onlar igid həmyerlimiz haqqında yazırdılar: "Baloğlan Abbasov "İgidliyə görə" medalı, daha sonra "Qırmızı Bayraq" ordeni ilə təlif edildi. Stalinqrad ətrafında 106 hitlerçi məhv edən Baloğlan 23 yaşında, 1942-ci il noyabrın 23-də qəhrəmancasına həlak oldu. Böyük Vətən Müharibəsi Qəhrəmanı adına layiq görüldü".

lll

Bu da Mamayev Kurqanı. Stalinqrad cəbhəsində həlak olanların şərəfinə ucaldılmış Xatirə kompleksi. Sanki yer üzünün bütün sakinləri həlak olmuş qəhrəmanlara baş çəkməyə gəlmişlər.

Yadımdan çıxmır 1985-ci ilin 9 May günü. Bu yerlərdə əmilərim Babacan, Zülfi və Əjdər də həlak olublar. Təkcə atam Əliağa Əhədov sağ qayıdıb.

Gözlərim postamentin üzərində gəzir. Axtardığımı tapanda sifətimi kədər qarışıq sevinc bürüyür. Mərmər lövhədə Baloğlanın adı altıncıdır. Diqqətimi toplayıb təzədən oxuyuram. Yox, düz tapmışam, adı birinci sırada, beş döyüşçüdən sonra həkk olunub: Baloğlan Abbasov.

- Baloğlan Abbasov?! - yanımda dayanmış bir gənc təəccüblə soruşur. - Baloğlan Abbasov həmyerlimizdir, - qəlbi köksünə sığmır.

Ətrafda xəfif meh əsir. Əsdikcə də Baloğlan haqqında bir nəğmə pıçıldayır, əfsanəyə dönmüş nəğmə...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://525.az
archiveBu xəbər 12 İyun 2026 22:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see342

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see334

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see325

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see284

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see256

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see249

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see236

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see211

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see200

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see186

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see185

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see183

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see182

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see180

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see179

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see171

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see167

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see166

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri