Icma.az
close
up
RU
“Odnoklassniki”də kişi ilə tanış oldu, evində duzqabı belə qalmadı QƏRİBƏ MƏHKƏMƏ

“Odnoklassniki”də kişi ilə tanış oldu, evində duzqabı belə qalmadı QƏRİBƏ MƏHKƏMƏ

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Bu günlərdə külli miqdar təşkil edən və bir o qədər də qəribə dələduzluq cinayətinin məhkəmə istintaqı başa çatıb.

Bu "dələduzluq əsəri"nin qəhrəmanları uzun illərdir Bakıda kirayə qalan qadın və onun internetdə tanış olduğu kişi ilə ailəsidir.

Cinayət işində qadın aldadan, digərləri isə aldanılanlardır.

40 yaşlı Jalə Səmədova (ad və soyadlar şərti) zərdablı Namiqlə bir neçə il əvvəl "Odnoklassniki"də tanış olub. Həmin vaxt Jalə başqası ilə evli olmasına baxmayaraq, Namiqin davranışları onu cəlb edib. Əvvəl özünü başqa adla təqdim edən xanım bir müddət sonra ərindən ayrılaraq onunla münasibət qurub.

Hər şey bundan sonra başlayıb. İstintaq materiallarında yazılıb ki, Jalə münasibətdə olduğu müddətdə Namiqin anası və bacısının da etibarını qazanıb. Bir müddət sonra qadın Namiqin Zərdab rayonundakı evini satdığını bilərək fəaliyyətə keçib. O, ailəni rayonda satdıqları evin pulu ilə kredit şərti də daxil olmaqla, Bakıda iki ünvanda mənzil almağa kömək edəcəyinə inandırıb. Həmin mənzillərin də şəhərin mərkəzində - "Elmlər Akademiyası" metrostansiyasının yanında olacağı deyilib.

Bu vədlə təqsirləndirilən şəxs Namiqin anasından Abşerondakı evində 87 min 800, bacısından isə 43 min 800 manat pul alıb. Ziyan bununla da bitmir. Pulun üstünü düzəltmək üçün ana və qızı evlərindəki bütün əşyaları - şalvar, ayaqqabı, hətta külqabı və duzqabıya kimi satıblar. Topladıqları nə az-nə çox 143 min manatın hamısını evləri alması üçün Jaləyə veriblər.

Jalə isə ailənin belə desək, qara qəpiyinə kimi ələ keçirdikdən sonra aradan çıxıb. Həmin pulları da şəxsi mənafeyinə xərcləyib. 

Zərərçəkmiş şəxslərin polisə şikayətindən sonra təqsirləndirilən şəxs istintaqa cəlb edilib. Amma ilk gündən həbs edilməyib, məhkəmənin sonuna qədər polis nəzarəti şərti ilə azadlıqda qalıb.

Cinayət işini Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Nurəddin Hüseynlinin sədrlik etdiyi hakimlər araşdırıb.

Amma xanım özünü təqsirli bilməyib. Dediyinə görə, Namiqlə münasibət qurduqdan sonra anası və bacısı ilə də tanış olub. Həmin vaxt parfümeriya satışı ilə məşğul olduğu üçün onlardan faizə pul götürürmüş. Hər ay da zərərçəkmişlərdən aldığı pulu faizi ilə qaytarıb. Amma onlara ev almaqla bağlı heç vaxt vəd verməyib. Sadəcə maddi vəziyyəti pisləşdiyi üçün faizi ödəyə bilməyib. Sonradan pulu qaytarması üçün ona hədə-qorxu gəliblər. Son olaraq ailəyə 19 min 750 manat borcu qalıb. Onu da qaytarmaq istəsə də, faizi ilə birgə istədikləri üçün imtina ediblər.

Zərərçəkmiş ana və qızı isə təqsirləndirilən şəxsin onlara pul qaytarmadığını deyərək şikayətçi olub.

Hakimlər dəlil və sübutları araşdırdıqdan, tərəfləri dinlədikdən sonra təqsirləndirilən şəxsə verilmiş ittihamı əsaslı hesab ediblər. Hökmə əsasən, Jalə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə salonunda qandallanıb.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Fevral 2025 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see259

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see204

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see176

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see169

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see151

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see143

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri