Icma.az
close
up
RU
“Odun qorunduğu yer”, maqlar yurdu... İngilis tarixçi

“Odun qorunduğu yer”, maqlar yurdu... İngilis tarixçi

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Sizlərə bu günlərdə oxuduğum bir kitabdan Azərbaycanla bağlı maraqlı qeydləri təqdim edirəm. Kitabın müəllifi bu əsəri yazana qədər indiki İran adlanan dövlətin ərazisində uzun müddət araşdırmalar aparmış, Bisütun kitabələrini yazıya köçürmüş və dünyada ilk dəfə bu işi görmüş alimdir.

İngilis Henri Roulinson XIX əsrin ən görkəmli şərqşünas alimlərindən biridir. O, tarix elmində daha çox “Assiriologiyanın atası” və qədim yazıları oxuyan şəxs kimi qəbul edilir.

Onun illərlə əziyyət çəkib yazdığı “Qədim Şərq dünyasının beş böyük monarxiyası” kitabı 1862-ci ildə Londonda çap edilmişdir. Bizim üçün maraqlı olan Midiya ilə bağlı hissədir ki, orda müəyyən məqamları sizlərə təqdim edirəm. Kitabı tam halda BURADA oxuya bilərsiniz.

O, uzun illər Şərq ölkələrində diplomatik xidmətdə olduğu üçün Azərbaycan və Mesopotamiya coğrafiyasını qarış-qarış gəzib, qədim abidələri şəxsən görüb, oxuyub, tərcümə edib və yazıb.

Roulinson iddia edir ki, regionun ən qədim sakinləri ari milləti və dili deyil, “skit” adlanan turandilli xalq olub.

O, Elam və Midiya ərazilərindəki qədim yazıların dilini təhlil edərək, onları “skit” adlandırır ki, bu da Avropa elmində türk sözünün sinonimi kimi işlənirdi. Müəllif qədim yazılarla tanış olandan sonra iddialı şəkildə çıxış edərək yazır ki, Midiyanın ən qədim tayfalarından olan maqlar ari deyil, turandilli idilər:

“Biz qəbul etməliyik ki, Midiyanın qədim sakinləri olan bu skit tayfaları öz mədəniyyətlərini qonşu ari tayfalarına aşılamışlar. Zərdüştlüyün ən mühüm ritualları — odun müqəddəsliyi, kəhanətlər və magiya — arilərə yox, məhz bu şimaldan və mərkəzdən gələn turanlılara məxsusdur” - bu cümlələr kitab barədə 1847-ci ildə “Journal of the Royal Asiatic Society” jurnalındakı məqaləsində də qeyd edilib.

O hesab edirdi ki, zərdüştlüyün ritualı kimi təqdim edilən oda, suya və yerə tapınma əslində arilərə aid deyil, turanlıların gətirdiyi bir skit dinidir.

Kitabda diqqətimizi çəkən dil məsələsinə aid olan bölümdür ki, müəllif tərcümə etdiyi qədim yazıları bir-biri ilə tutuşdurur və yazır ki, Midiya sözləri və adları Turan dillərindən yaranıb. Roulinson bu dili müasir türk, tatar və macar dilləri ilə müqayisə edir və onların qohum olduğunu yazır.

İngilis şərqşünası qeyd edir: “Atropatena qədim dövrlərdən bəri həm coğrafi, həm də dini baxımdan bu turanlı maqların mərkəzi olub”.

O, Azərbaycanı sadəcə bir coğrafi ərazi kimi deyil, zərdüştlüyün və qədim Turan sivilizasiyasının ana vətəni kimi təqdim edir.

Roulinson Azərbaycanın qədim adı olan Atropatena üzərində linqvistik təhlillər aparmışdır. O, bu adı “Odlar yurdu” və ya “Odun qorunduğu yer” kimi izah edir.

Roulinson yazır: “Azərbaycan ərazisi qədimdən Turan dünyası ilə Pers dünyası arasında bir keçid zonası idi, lakin bölgənin dini və mədəni fundamenti məhz bu yerli turanlı tayfalar tərəfindən qoyulub”.

Onun kitabında daha maraqlı bir cümlə belədir: “Azərbaycan sadəcə bir əyalət deyil, o, qədim Şərq dünyasının ən böyük dini ocağı idi. Zərdüşt bu torpaqların yetirməsidir və onun gətirdiyi islahatlar Midiyanın qədim turanlı maqlarının inancından süzülüb gəlmişdir”.

“Zərdüştün öz təlimini yaymaq üçün sığındığı və dəstək aldığı ən böyük kütlə turanlı tayfalar idi”, - deyə yazan müəllif qeyd edir ki, onlar at belində yaşayan, ox atan və Azərbaycan-Orta Asiya oxunda hərəkət edən skit tayfalarıdır.

Kitabına nəticə olaraq isə müəllif yazır:

“Zərdüşt sadəcə bir din gətirmədi, o, kənd təsərrüfatını və oturaq həyatı müqəddəsləşdirdi. Bu isə Azərbaycanın bərəkətli torpaqlarında yaşayan və turanlı əcdadlarından gələn təbiət sevgisini qoruyan insanlar üçün ən uyğun qanun idi”.

P.S: Qeyd edim ki, bütün bu sözlər tamamilə müəllifə aiddir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://axar.az
archiveBu xəbər 21 Avqust 2026 03:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see360

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see343

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see303

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see272

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see247

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see216

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see206

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see201

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see198

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see195

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see190

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see183

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see179

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see173

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see172

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see170

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see167

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see167

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see165

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri