OECD: Dünyada yapon müəllimlər həftə ərzində ən çox işləyənlər sırasındadır
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Pekin, 7 oktyabr, AZƏRTAC
Yaponiyada ibtidai və orta məktəb müəllimləri dünyada həftə ərzində ən çox saat işləyən müəllimlər hesab olunurlar.
AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, bu fakt İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) 55 ölkədə apardığı araşdırmaların nəticəsində ortaya cıxıb. Tədqiqatın nəticələri göstərib ki, dünya üzrə ibtidai sinif müəllimləri həftədə orta hesabla 40,4 saat işlədiyi halda, Yaponiyadakılar 52,1 saat iş başında qalıb. Onu 50,6 saatla Yeni Zelandiya və 46,3 saatla Avstraliya izləyir. Yaponiyanın orta məktəb müəllimləri isə həftədə orta hesabla 55,1 saat işləyib ki, bu da qlobal orta göstəricini 14 saatdan çox üstələyib. Bununla belə, Yaponiyada ibtidai və orta məktəb müəllimləri üçün orta iş vaxtı 2018-ci ildəki sorğudan təxminən 4 saat azalıb.
Təşkilatın araşdırmasına görə yapon orta məktəb müəllimləri dərsdənkənar fəaliyyətlərə 5,6 saat və ya qlobal orta göstəricidən təxminən 3 dəfə çox vaxt sərf ediblər. Onlar, həmçinin sənədlərin tərtib edilməsi kimi inzibati işlərə qlobal orta göstəricidən təxminən 1,7 dəfə çox vaxt sərf edirlər.
Qeyd edək ki, OECD təxminən 5 ildə bir dəfə bütün dünya üzrə müəllimlərin iş şəraiti, tədris məzmunu və işlərinin digər aspektləri ilə bağlı sorğu keçirir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 07 Oktyabr 2025 17:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















