Icma.az
close
up
RU
OECD ölkələrinə 2023cü ildə daimi miqrantların axını rekord həddə çatıb Xəbər saytı Son xəbərlər və Hadisələr

OECD ölkələrinə 2023cü ildə daimi miqrantların axını rekord həddə çatıb Xəbər saytı Son xəbərlər və Hadisələr

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrinə 2023-cü ildə daimi miqrantların axını rekord həddə - 6,5 milyon nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə təşkilat məlumat yayıb.

Bildirilib ki, rekordlar OECD-yə üzv ölkələrin təxminən üçdə birində, o cümlədən Kanada, Fransa, Yaponiya, İsveçrə və Böyük Britaniyada qeydə alınıb. Eyni zamanda, Danimarka, İsrail, İtaliya və Yeni Zelandiya kimi bəzi ölkələrdə miqrantların sayında azalma müşahidə edilib.

"Son bir neçə ildə miqrasiya üçün əsas stimul, işçi qüvvəsinə olan güclü tələb olub. Bir çox OECD ölkələri işçi qüvvəsi çatışmazlığı və gələcək demoqrafik dəyişikliklərlə üzləşir və əmək miqrantlarının artan sayı iqtisadiyyatın sabit artımına kömək edir", - təşkilatın Baş katibi Matias Korman açıqlayıb.

Məlumatda qeyd olunub ki, dövlətlər həmçinin müvəqqəti iş icazələrini daha fəal şəkildə verirlər (Polşa istisna olmaqla OECD ölkələrində 2,4 milyondan çox, 16 % artım) və sığınacaq üçün müraciətlərin rekord sayını qeydə alırlar (2,7 milyon, 30 % artım).

Statistikaya görə, 2023-cü ildə ABŞ-də sığınacaq üçün müraciətlərin sayı ilk dəfə olaraq OECD-yə üzv olan bütün Avropa ölkələrinin ümumi göstəricisini üstələyib və 1 milyon nəfəri keçib. Qaçqın statusu üçün müraciət edənlərin əksəriyyəti Venesuela (270 min nəfər), Kolumbiya (203 min), Suriya (171 min) və Əfqanıstandan (150 min) olan şəxslərdir.

Təşkilatın məlumatına görə, OECD ölkələri 2023-cü ildə 676 min sığınacaq axtarana qaçqın statusu verib. Bu göstərici 2022-ci illə müqayisədə 15 % artıb və 2017-ci ildən bəri rekord həddə çatıb.

1961-ci ildə yaradılmış OECD dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrinin təşkilatıdır və 38 dövləti birləşdirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://baku.ws
archiveBu xəbər 14 Noyabr 2024 23:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see293

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see269

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see199

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see196

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see142

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see141

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see140

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see138

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see135

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri